Avqustun 10-da Moskvada keçirilən mitinqdən sonra 250-dən çox aksiyaçı saxlanıb.
Bu barədə OVD-İNFO məlumat verir.
Aksiyaçılar “Saxarov” meydanında mitinqdən dağılışdıqdan sonra saxlanıblar.
AzadlıRadiosu Rusiya xidmətinin məlumatına görə, saxlananlardan azı 4 nəfəri gecəni polis məntəqəsində keçirib,qalanları isə az sonra sərbəst buraxılıb.
Hüquq-mühavizə orqanlarının əməkdaşları köhnə meydandan prezident aparatına gedən yolu bağlayıblar.
“Meduza” saytının məlumatına görə, icazəli mitinqdən sonra prezident administrasiyasına doğru “gəzintidə” 1500-dək adam iştirak edib.
Amma polis prezident sarayına gedən bütün yolları bağlayıb.
Onlardan bəziləri Putin əleyhinə şüarlar səsləndiriblər.
Ümumilikdə isə ölkəboyu keçirilən etiraz aksiyalarında 350-dən çox adam saxlanıb.
Təkcə Sankt-Peterburqda 79 adam saxlanıb.
Qeyd edək ki, avqustun 10-da Rusiyada müstəqil namizədlərin Moskva bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq aksiyalar keçirilib.
“Ağ sayğac” ın məlumatına görə, təkcə Moskvanın “Saxarov” meydanında keçirilən aksiyada 50 mindən çox adam iştirak edib.