Avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. Bu, dünyada etibarlı reytinq sayılır. Bu ilsə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb.
Artıq 17 ildir Harvard Universiteti reytinqdə birinciliyi saxlayır. Stenford Universiteti və Kembric Universiteti uyğun olaraq 2 və 3-cü yerdədirlər.
İlk onluğa daxil olan digər universitetlər Massaçusets Texnologiya İnstitutu (MIT), Berkli, Prinston, Oksford, Kolumbiya, Kaltek və Çikaqodur.
Avropa qitəsində Sürix Universiteti (19) ən yaxşı universitet sayılır. Ondan sonra Kopenhagen Universiteti (26) gəlir.
Asiyada isə Tokio Universiteti (25) və Kyoto Universiteti (32) liderliyi saxlayır. Tsinxua Universiteti (43) Asiya universitetləri içində üçüncüdür. Melburn Universiteti (41) Okeaniyada liderdir.
Moskva Dövlət Universiteti dünya reytinqində 87-cidir.
Tehran Universiteti 301-400-cü, Təbriz Universiteti isə 901-1000-ci pillələr arasındadır.
Bu siyahıda Azərbaycandan universitet adına rast gəlinmir.