Avqustun 25-də Roma Papası Francis G7-yə çağırış edib ki, Amazondakı yanğınlarla bağlı global öhdəlik götürsünlər. O qeyd edib ki, bu ərazi planetin sağlamlığı üçün vacibdir
“Amazonda geniş yayılan yanğınlar bizi çox narahat edir. O meşələr planetin ağciyəridir və planetimiz üçün həyati əhəmiyyət kəsb edir.”
Bir gün əvvəl Fransa prezidenti Emanuel Macron da bu məsləni sammitdə qaldıracağını bildirmişdi.
Lakin Böyük Yeddiliyin iqlim böhranına səbəb olduğunu düşünən fəallar etirazlar keçirir. Fransanın Hendaye şəhərində avqustun 25-də keçirilən etirazlarda aksiyada 50-dən çox dərnək və liqaya üzv olan insanlar iştirak edib. Etirazçılar böyük yeddiliyin dünyanı təmsil edə bilmədiyini və dünyanın alternativ planlara ehtiyacı olduğunu bildirilər.
Reuters agentliyi yazır ki, elə etirazın məqdsədi də, artan iqtisadi bərabərsizliyə və liderlərin verdiyi vədlərlə davranışları arasındakı fərqə diqqət çəkməkdir.
“Böyük Yeddilik iqlim və sosial böhranımızın əsas səbəbkarlarını bir yerə yığıb. Onlar vəziyyəti dəyişmək üçün heç nə etmirlər. Əksinə problemləri daha da artırırlıar. Bu sistemə qarşı olduğumuzu göstərmək üçün gəldik. İstəyirik ki, cəmiyyətimiz, ekologiyamız üçün real dəyişikliklər olsun”-aksiya iştirakçılarından biri deyir.
Etiraz iki saatdan çox davam edib. Böyük Yeddiliyin əleyhinə başqa şəhərlərdə də etirazların olacağı gözlənir.
Ötən gün- avqustun 24-də də Fransa İspaniya sərhədinə yaxın ərazilərdə etirazlar keçirilimişdi.
Böyük Yeddiliyin sammiti avqustun 24-də başlayıb. Sammit Fransanın sahil şəhərlərindən olan Biarritzdə keçirilir. Görüşdə, İranın nüvə proqramı, iqlim dəyişikliyi kimi məsələlərin müzakirə olunacağı deyilir.
Sammit 3 gün davam edəcək