Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:50

Türkiyənin ‘xəstə, hələ canı çıxmamış' demokratiyası – Qərb mediası


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyəylə Qərbin münasibətləri zədələnib, amma bərpa olunmayacaq həddə deyil. Bunu Türkiyə demokratiyası haqda da demək olar. Görünür, Prezident Recep Tayyip Erdoğan ölkəsinin geostrateji əhəmiyyətinin ona kart-blanş verdiyinə inanır. Ancaq fakt odur ki, Türkiyəyə Qərb lazımdır, Qərbə də Türkiyə. Bunu “Project Syndicate” portalında Javier Solana yazır.

Müəllif qeyd edir ki, Türkiyəylə Qərbin münasibətləri həssas dönəmdən keçir. “Prezident Recep Tayyip Erdoğan dövründə Türkiyə hökuməti getdikcə dəyişkən xarici siyasət yürüdür, ölkədə demokratik normalar davamlı olaraq eroziyaya uğrayır. Türkiyəylə nominal Qərb müttəfiqləri arasında dərinləşən ziddiyyət qlobal əməkdaşlığının çürüdüyünə daha bir dəlildir. Ancaq yenə də prosesin qarşısı alına bilər”, – məqalədə deyilir.

Münasibətlərdə ziddiyyətli məqamlar kimi Türkiyənin Rusiyadan S-400 sistemi alması, Erdoğanın Suriyanın şimalına hərbi müdaxiləylə hədələməsi göstərilir. Avropa Birliyi ilə əlaqələr isə 2005-ci ildən kəskin pisləşib.

Bu arada Erdoğan cidd-cəhdlə hakimiyyətini möhkəmləndirməklə məşğuldur. Amma müəllif bütün bunlarla yanaşı Türkiyənin dinamik və plüralist cəmiyyət kimi qalmasına, ondakı qeyri-adi demokratik ruhun mövcudluğuna diqqət çəkir. Bunu İstanbulda müxalifətdən Ekrem İmamoğlu-nun mer seçilməsi bir daha təsdiqlədi.

Məqalədə Türkiyəylə Qərbin yanaşı yürüməyə məhkum olduğu vurğulanır. “Xeyli sayda birgə problemlər, eləcə də əməkdaşlıq imkanları var. Şərqi Aralıq bölgəsində qaz ehtiyatlarının kəşfi Kiprdə sülh danışıqlarını yenidən başlatmağa, eləcə də AB-Türkiyə yaxınlaşmasına stimul verir.

Türkiyənin Qərbə münasibəti bir gecənin içində daha konstruktiv ola bilməz. Ancaq belə bir dəyişiklik üçün potensial var... bunu son siyasi proseslər ortaya qoyub. Yada salaq ki, Türkiyənin əvvəlki Avropa xəyalı, dərin fikir ayrılıqlarına baxmayaraq, islamçı Erdoğanla sekyularist Pamuku yaxınlaşdırmışdı. Təəssüf ki, bu xəyal indilik geri atılıb. Amma Türkiyənin vəhdətə – Avropa vəhdətinə bel bağlaması heç vaxt gec deyil”, – müəllif yazır.

XS
SM
MD
LG