Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

İran üç nəfəri casusluğa görə məhkum edib


Tehrandakı Evin həbsxanası
Tehrandakı Evin həbsxanası

İran bir qadın və ikili Britaniya-İran vətəndaşı da daxil üç nəfəri İsrailin Mossad kəşfiyyat agenttliyi üçün casusluqda ittiham edərək uzunmüddətli həbsxana cəzalarına məhkum edib.

Ədliyyə rəsmisi Gholamhossein Esmaili dövlət televiziyasına bildirib ki, Britaniya Şurasında işləmiş xanım Aras Amiri İrandakı “mədəniyyət fəaliyyətlərini güdürmüş” və buna görə də 10 il müddətinə azadlıqdan məhrum edilib.

Britaniya Şurası (British Council) Britaniya mədəniyyətini təşviq edən təşkilatdır.

Sözçü bildirib ki, həbsxana cəzasına məhkum edilənlərdən biri də ikili İran-Britaniya vətəndaşı Anush Ashoori-dir.

O Mossadla iddia edilən əlaqələrinə görə 12 il azadlıqdan məhrum edilib.

Ali Johari adlı üçüncü şəxsə qarşı da eyni ittiham irəli sürülüb.

İran ikili vətəndaşlığı tanımır.

Johari iddia edildiyinə görə İslam İnqilab Keşikçiləri Korpusu ilə bağlı olan Xatəm əl-Ənbiya tikinti konqlomeratının bir layihəsi barədə məlumatı Mossada ötürürmüş.

Esmaili deyib ki, Johari İsrailə səfər edib və Hindistan, Şri Lanka və Tayland da daxil bir sıra ölkələrdə Mossadla təmaslarda olub.

Bu üç nəfərin məhkum edilməsi Tehranla London arasında münasibətlərin gərgin olduğu bir vaxta təsadüf edir.

Tehran həbsxanasında saxlanan başqa bir iranlı-britaniyalı qadın - Nazanin Zaghari-Ratcliffe beşillik cəzasını çəkməkdə davam edir.

O İran hökumətini “zərif vasitələrlə” devirməyi planlaşdırmaqda ittiham edilib.

XS
SM
MD
LG