Facebook Inc (FB.O) ilə əməkdaşlıq edərək sosial şəbəkənin demokratiyaya təsirini öyrənən bir qrup tədqiqatçı dünən – avqustun 27-də işdən getməklə hədələyib. Onlar şirkətin tədqiqatçılara vəd etdyi datanı vermədiyini deyirlər. Xəbəri “Reuters” agentliyi yayıb.
Donorlar bəyanatlarında qeyd edirlər ki, Facebook layihə üçün seçilmiş 83 alimə “onlara vəd olunan informasiyanın yalnız bir hissəsinə” çıxış verib və bu da tədqiqatın aparılmasını mümkünsüz edib. Facebook-un datanı təmin etməsindən ötrü sentyabrın 30-u son tarix qoyulub.
Tədqiqatçılar əsasən 2017-ci ilin yanvarında Facebook-da paylaşılan veb səhifələrlə bağlı bilgi istəyirlər.
Facebook isə layihəyə sadiq olduğunu, “bütün qrant alanlara data və alətlərə çıxışı təmin etməkdə davam edəcəyini” vurğulayıb.
Sosial şəbəkə bu tədqiqat proqramını bir neçə aydır işə salıb və ilk dəfə olaraq şirkətin qaydalarla bağlı məlumatını müstəqil alimlər üçün açıq elan edib.
Ancaq dataya çıxışa sərt nəzarət olunur, istifadəçilərin gizliliyinin qorunmasından ötrü xüsusi tədbirlər görülür.
Layihəni mühafizəkar Charles Koch Fondu və Silikon vadisinin Omidyar Şəbəkəsi maliyyələşdirir.