Ukrayna Prezidenti Volodymyr Zelenskiy və hakim partiyası avqustun 29-da ölkənin müstəqilik tarixində ən gənc və az təcrübəli hökuməti formalaşdırıblar.
Yeni hökumət üzvlərinin orta yaşı 40-dır, 12 kişi və 6 qadından ibarətdir. Yeni hökumətdə prezidentin dostları, keçmiş biznes ortaqları, texnokratlar, vətəndaş cəmiyyəti fəalları, əvvəlki administrasiyanın iki üzvü də yer alıb.
35 yaşlı Oleksiy Honcharuk ölkənin ən gənc baş naziri olub.
Elə 41 yaşlı Zelensky də Ukraynanın ən gənc prezidentidir.
NATO-da keçmiş səfir, 49 yaşlı Vadym Prystaiko xarici işlər naziri, prezident administrasiyası rəhbərinin müavini Ruslan Ryaboshapka baş prokuror təyin olunub.
44 yaşlı Andriy Zahorodnuk yeni müdafiə naziridir.
Zelenskiy-nin keçmiş biznes ortağı, 45 yaşlı Ivan Bakanov SBU təhlükəsizlik xidmətinin yeni rəhbəridir.
Rəqəmsal transformasiya nazirinin müavini Mykhailo Federov-un 28, Baş nazirin Avropa və Avro-Atlantik İnteqrasiya üzrə müavini Dmytro Kuleba-nın 38, təhsil naziri Hnna Novosad-ın 29 yaşı var.
55 yaşlı Arsen Avakov daxili işlər naziri, 42 yaşlı Oksana Markarova isə maliyyə naziri postlarında qalıblar.
Zelenskiy-nin “Xalqın qulluqçusu” partiyası ötən ay keçirilən parlament seçkisində 450 yerlik parlamentdə 254 yeri qazanıb.