Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:42

Demokratlar silahlara nəzarət qanununu tələb edir


Texasda hadisə yeri
Texasda hadisə yeri

ABŞ Konqresinin demokrat liderləri silahlara nəzarət qanunvericiliyi ilə bağlı dərhal tədbirlər görməyə çağırır. Bu tələblər ölkədə daha bir kütləvi güllələnmə nəticəsində azı yeddi nəfərin öldürülməsindən sonra səslənir. Silahlı hücum ötən şənbə günü Qərbi Texasda törədilib.

Demokratlar Senatda çoxluğun lideri Mitch McConnell-i və konqresin respublikaçı rəhbərliyini silahlara nəzarət qanunvericiliyini müzakirəyə çıxarmağa çağırır. Nümayəndələr Palatasının spikeri Nancy Pelosi və Senatda azlığın lideri Chuck Schumer də bu çağırışlara qoşulub.

CNN yada salır ki, demokratlar oxşar çağırışları avqustun əvvəlində də səsləndirirdi. O zaman Texas və Ohayo ştatlarında 24 saatdan da az müddət ərzində 31 nəfər öldürülmüşdü.

“Hər gün silah zorakılığı epidemiyası ölkəmizin hər guşəsində can alır... Respublikaçı Senat dirənişinə son qoymalı, hər iki partiyanın hazırladığı, Palatadan keçmiş, ölkənin tələb etdiyi silah zorakılığının önlənməsi qanununu qəbul etməlidir”, – Pelosi deyib.

Cümə günü “Team Pelosi” Twitter hesabında McConnell-in adı çəkilib, “Silah zorakılığına qarşı dərhal tədbir görülməlidir, ancaq Mitch McConnell xalqa köməkdən imtina edir”, yazılıb.

Nümayəndələr Palatası sözügedən qanunvericiliyi ilin əvvəlində 240-190 səs çoxluğuyla qəbul edib. Ancaq layihə respublikaçıların nəzarətində olan senatda ilişib.

Konqres uzun müddətdir silahlara nəzarət qanununun qəbuluna çalışır.

Demokratlardan prezidentliyə namizədliyə iddialı Senator Elizabeth Warren tvitində McConnell-ə müraciətlə yazıb ki, “Vaxt çatıb”.

“Gəlin silah təhlükəsizliyi qanununa İNDİ səs verək. Siz hər gün gözlədikcə, daha çox faciə baş verir. Nə isə edin, Senator McConnell. Amerika sizi gözləməkdən bezib”, – senator tvitində yazıb.

XS
SM
MD
LG