Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:36

Fransa İrana 15 milyard dollar kredit verilməsini istəyir. ABŞ razılaşsa…


Emmanuel Macron (sağda) və Donald Trump G7 sammitində
Emmanuel Macron (sağda) və Donald Trump G7 sammitində

Sentyabrın 2-də İran diplomatları Fransada 2015-ci il nüvə sazişinin saxlanması istiqamətində aparılan danışqılarda iştirak ediblər.

Sentyabrın 3-də Fransanın xarici işlər naziri Jean-Yves Le Drian deyib ki, danışıqların əsas mövzusu Tehrana neftin müqabilində 15 milyard dollarlıq kreditin verilməsi idi.

O bildirib ki, belə bir kreditin əsas şərti Tehranın 2015-ci ilin nüvə sazişinə əməl etməsi olmalıdır.

Bundan başqa Tehran habelə Fars körfəzi regionunda geosiyasi gərginliyi azaltmalı və Yaxın Şərqdə regional təhlükəsizliyə dair danışıqlarda iştirak etməlidir.

Le Drian deyib ki, bütün bunlar prezident Trump-a İran neftinin idxalı üçün güzəştlər vermək imkanı yaradar.

Ötən ay Fransada keçirilən G7 sammitindən sonra Fransa prezidenti Emmanuel Macron demişdi ki, Trump-ın İrana qarşı maksimum təzyiq siyasətini yuşmaltmağa meylli olduğunu “hiss edib”.

Bu arada İran prezidenti Hassan Rohani deyib ki, Tehran Birləşmiş Ştatlarla hər hansı ikitərəfli danışıqları istisna edir, lakin sanksiyaların qaldırılacağı təqdirdə 2015-ci il nüvə sazişini imzalamış bütün ölkələrlə çoxtərəfli danışıqlara girə bilər.

Sentyabrın 3-də parlamentin açıq sessiyasına müraciət edən prezdent bunu da deyib ki, 2015-ci ilin nüvə sazişinin xilas edilməsi üçün aparılan hazırkı danışıqlara iflasa uğrasa, Tehran bu sazişin şərtlərinin pozulmasını genişləndirəcək.

Rohani deyib ki, əgər Birləşmiş Ştatlar İrana qarşı sanksiyalarını qaldırsa, Tehran dünya güclərinin P5+1 qrupu və Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrlə çoxtərəfli danışqılara daxil ola bilər.

ABŞ prezidenti bir qədər əvvəl İran liderləri ilə danışıqlara açıq olduğunu bildirmişdi. Lakin Tehran rəsmiləri ilk əvvəl sanksiyaların qaldırılmasını istəyirlər.

XS
SM
MD
LG