Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:05

Kocharian həbsxanadan buraxılacaqmı?


Robert Kocharian
Robert Kocharian

Ermənistanda Konstitusiya Məhkəməsi keçmiş prezident Robert Kocharian-ın həbsinin qanunsuz olduğu barədə hökm verəndən sonra onun vəkilləri müştərilərinin dərhal azad olunmalı olduğunu bildiriblər.

Buna baxmayaraq Kocharian-ın işi üzrə birinci instansiya məhkəməsinin iclası sentyabrın 12-də keçiriləcək.

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, Konstitusiya Məhkəsi öz qərarının yalnız yekun hissəsini elan edib.

Hökmün tam mətni indiyədək dərc olunmayıb.

Hakimiyyət orqanları Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq Robert Kocharian-ı azad etməyə tələsmir.

Ermənistan ədliyyə nazirinin müavini Srbui Galyan deyib ki, Konstitusiya Məhkəməsinin qərarı Kocharian barədə qətimkan tədbirinin dəyişdirilməsinə əsas vermir.

Xanım Galyan bildirir ki, Konstitusiya Məhkəməsi Robert Kocharian-ın həbsinə əsas olmuş maddənin qanuna zidd olduğu barədə heç nə deməyib.

Ədliyyə nazirinin müavini deyir ki, Konstitusiya Məhkəməsi eks-prezidentin məsələsinə ümumiyyətlə baxmamalı idi.

Ermənistanın tanınmış vəkillərindən Tigran Yegoryan isə deyib ki, hazırkı Konstitusiya Məhkəməsinin qərarları tanına bilməz, çünki bu məhkəmənin heyət üzvləri keçmiş hakimiyyətin dövründə 1 mart hadisələri ilə bağlı hökumətin xeyrinə olan qərarlar verib.

Yerevan. 1 mart, 2008
Yerevan. 1 mart, 2008

Keçmiş prezident Kocharian 2008-ci ilin martında ölkənin konstitusiya rejimini devirməkdə ittiham olunur.

Həmin vaxt prezident postunu tərk etməkdə olan Kocharian ölkədə fövqəladə vəziyyətin elan olunmasına göstəriş vermiş və bundan sonra 8 nəfərin ölümü ilə nəticələnmiş toqquşmalar olmuşdu.

Yegoryan hələ ötən iyul ayında bildirmişdi ki, Konstitusiya Məhkəməsi bu hadisələr barədə əvvəllər qərəzli və ədalətsiz qərarlar çıxarıb.

XS
SM
MD
LG