Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:05

Kainat günü-gündən cavanlaşır


Arxiv fotosu
Arxiv fotosu

Yeni hesablamalar kainatın iki milyard il daha cavan ola biləcəyini göstərir. Bu il dərc olunmuş əvvəlki hesablamalarda kosmosun yaşından bir neçə yüz milyon il kəsilmişdi.

“The Associated Press” agentliyi yazır ki, yeni hesablama kainatın real yaşının hesablanmasında fərqli yanaşmaları üzə çıxarır

“Ulduzların qalaktikada necə hərəkət etməsiylə bağlı bizdə böyük qeyri-müəyyənlik var”, – Almaniyadakı Max Plank İnstitutundan Inh Jee deyib. O, sentyabrın 12-də “Science” dərgisində çıxmış araşdırmanın əsas müəllifidir.

Alimlər kainatın yaşını ulduzların hərəkəti, onun necə sürətlə genişlənməsi ilə ölçürlər. Kainat sürətlə genişlənirsə, bu o deməkdir ki, indiki ölçüsünə sürətlə çatıb və deməli, nisbətən cavandır.

Genişlənmə səviyyəsi Habbl qanunu ilə ölçülür. Bu qanun qalaktikanın bir-irindən uzaqlaşma sürətini ifadə edir.

Hazırda bu qanuna əsasən kainatın yaşının 13,7 milyard il olduğu qəbul edilib. Ancaq Jee-nin komandası bunun 11,4 milyard ola biləcəyini ortaya qoyub.

Agentlik yazır ki, son illər kainatın yaşıyla bağlı müxtəlif rəqəmlər təqdim olunub və 1990-cı illərdən bu məsələ daim qaynayan astronomik debata çevrilib.

XS
SM
MD
LG