Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:33

Erdogan, Putin və Rouhani Suriyanı müzakirə edirlər


İdlibdə raket zərbələrindən dağılmış ev
İdlibdə raket zərbələrindən dağılmış ev

Sentyabrın 16-da Türkiyə Prezidenti Recep Tayyip Erdogan Ankarada rusiyalı və iranlı həmkarları ilə Suriya münaqişəsini müzakirə edəcək.

Onun Vladimir PutinHassan Rouhani ilə Suriya hökumətinin ölkənin şimal-qərbində üsyançıların əlində olan İdlib üzərinə irəliləməsini müzakirə edəcəyi gözlənir, “Frans Pres” agentliyi yazır.

Hökumət qüvvələrinin dörd ay davam edən hücumundan sonra, ötən ayın sonunda İdlibdə atəşkəs qüvvəyə minib. Təkcə ötən həftə atəşkəsin pozulması altı nəfərin həyatına son qoyub.

İdlibdə böyük bir münaqişə Türkiyəyə qaçqın axınının artması deməkdir. Hazırda Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır.

Suriyalıların Türkiyəylə sərhədə axını davam edir

Ötən il Rusiya və Türkiyənin imzaladığı bufer zonası razılaşmasının məqsədi İdlibi hökumətin hücumundan qorumaq idi. Ankara razılaşma çərçivəsində ərazidə 12 müşahidə postu saxlayır. Ancaq Rusiyanın havadan dəstəklədiyi Suriya qüvvələrinin İdlib üzərinə hücuma keçəcəyindən ehtiyatlanır.

Suriya hökumətinin hava zərbələri yüzminlərlə suriyalının Türkiyəyə sərhədə doğru axın etməsinə səbəb olub.

Bu, 2017-ci ilin noyabrından bəri bu 3 ölkənin Suriya müharibəsi üzrə 5-ci sammitidir.

Türkiyə Prezidentinin sözçüsü Ibrahim Kalin ötən ay demişdi ki, liderlər “konstitusiya komissiyasının yaradılmasını, siyasi prosesin necə davam etməli olmasını” da götür-qoy edəcəklər.

Rusiya və İran Suriya Prezidenti Bashar al-Assad-ı dəstəkləyir, Türkiyə isə ona qarşı çıxaraq müəyyən üsyançı qrupların arxasında durur.

Son vaxtlar Türkiyə İdlibdən qaçqın axınını önləməkdən ötrü daha çox tədbir görür.

Bir neçə gün öncə Erdogan xəbərdarlıq edib ki, Türkiyə qaçqın yüküylə təkbaşına qalarsa, “darvazaları aça”, suriyalıların Qərb ölkələrinə axınına icazə verə bilər.

Putin, Rouhani və Erdogan sonuncu dəfə fevralda görüşüblər.

XS
SM
MD
LG