Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:09

Ekspert neft obyektlərinin təhlükəsizliyini belə görür


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

«Azərbaycanda neft sənayesini mühafizə edəcək əlahiddə bir qurum yoxdur. Bu mühafizə Azərbaycan Müdafiə Nazirliyi və digər güc strukturlarının nəzarətindədir».

Bunu AzadlıqRadiosuna bu günlər Səudiyyə Ərəbistanının neft sənayesi obyektlərinə hücumla bağlı şərhində neft sahəsi üzrə ekspert İlham Şaban deyib. O vurğulayıb ki, yalnız Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri 2006-cı ildə istifadəyə verildikdən sonra onunla bağlı xüsusi mühafizə qüvvəsi yaradılıb:


«Həmin qüvvələr də Azərbaycanda, Gürcüstanda və Türkiyədə bu neft kəmərinin mühafizəsini təmin edirlər. Onların bir neçə dəfə birgə təlimləri də keçirilib».

İ.Şaban deyir ki, amma Azərbaycanın dənizdə neft sənayesinin belə mühafizəsi yoxdur. «Ölkənin dəniz neft sahəsinə hər hansı təhlükə ola bilərsə, buna müvafiq güc qüvvələri cavab verəcək. Yəni dənizdən təhlükə varsa, hərbi dəniz və sərhəd qüvvələri, havadan təhlükə varsa, hərbi hava qüvvələri toxunulmazlığı təmin edəcək», - İ.Şaban qeyd edib.

Bu məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) də münasibət almağa çalışırıq.

Xatırlatma

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft sənayesi obyektlərinə dronlardan hava hücumu olub. Bir çox müəssisələrdə yanğınlar baş verib. Xəbər verilir ki, dron hücumlarından sonra Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 5 milyon barel azaldıb. Bu isə dünyanda gündəlik neft istehsalının təxminən 5 faizi deməkdir. Bundan sonra dünyada bir gün ərzində neft təqribən 20 faiz bahalaşıb. Amma neftin qiyməti son günlər yenə ucuzlaşmaqdadır.

XS
SM
MD
LG