Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19

Thomas Cook-un direktoru 10 milyon dollar qazanıbsa...


Meksikada Kankun Beynəlxalq Aeroportunda Thomas Cook-un qeydiyyat masası
Meksikada Kankun Beynəlxalq Aeroportunda Thomas Cook-un qeydiyyat masası

Böyük Britaniyanın “Thomas Cook” turizm şirkətinin iflasından sonra onminlərlə britaniyalı evinə qayıtmaqdan ötrü hökumətin köməyinə göz dikib. Baş nazir Boris Johnson isə sual edir ki, şirkət bu qədər problemlər içindəykən bosları milyonları necə qazanıblar. Bu haqda “Reuters” agentliyi yazır.

Şirkət kəllə-mayallaq gedirsə...

Thomas Cook ildə 19 milyon nəfərə otel, kurort, təyyarə xidməti göstərib. Hazırda 600 min sərnişin başqa ölkələrdə qalıb. Meksika, Kuba, Kipr kimi yerlərdən vətənə qayıtmaqdan ötrü onlara hökumətləri və sığorta şirkətləri kömək etməlidir.

Jurnalistlərə Nyu Yorkda danışan Johnson deyib ki, yaxşıca qazanan direktorların hərəkətləri üçün niyə dövlət məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, tur-operatorlar belə hallara qarşı sığortalanmalıdırlar.

“Mənim suallarım var, şirkətlər boru kimi kəlləmayallaq gedirsə, direktorlar, yaxud idarə heyəti özlərinə böyük məbləğlərdə maaş kəsməlidirlərmi”, – Johnson söyləyib.

“Elə bir sistem olmalıdır ki, tur-operatorlar belə bir sonuca qarşı özlərini adekvat sığorta etsinlər”, – o, sözlərinə əlavə edib.

Thomas Cook şirkətinin iflasına uğursuz sazişlər silsiləsi nəticəsində yığılmış 2.1 milyard həcmində borc səbəb oldu. Yalnız faizləri ödəmək üçün o, ildə 3 milyon səyahət turu satmaq zorundaydı.

Şirkətin nağd pulu qurtarmaq üzrəykən icraçı direktor Peter Fankhauser kreditorların daha yaxın gəlmədiyini aşkarladı. “Reuters” Fankhauser-in 8,3 milyon funt-sterlinq (10,3 milyon dollar) qazandığını, bunun 4,3 milyon funtunun 2015-ci ildə əldə olunduğunu yazır.

Thomas Cook-un britaniyalı sərnişinləri Tunisdə
Thomas Cook-un britaniyalı sərnişinləri Tunisdə

200 milyon funtluq xilas planı

Britaniya hökuməti isə şirkətə yardım etməkdən ötrü “boşuna pul xərcləmək” istəmədiyini bildirib.

Bazar ertəsi yayılan məlumatlara görə, Türkiyə hökuməti və İspaniyadan bir qrup otelçi Britaniya hökumətinin zəmanətilə 200 milyon funt-sterlinqlik xilas planını dəstəkləməyə hazır olublar.

Ancaq Britaniyanın Biznes naziri Andrea Leadsom deyir ki, deyilən məbləğ şirkəti yalnız iki həftəyədək ayaqda saxlaya bilərdi.

“Çox şayiə dolaşır, ancaq fakt odur ki, 200 milyon funt Thomas Cook şirkətinə qısa müddətə, 1-2 həftəyə gərəkən məbləğdən də az idi”, – o, Sky News-a söyləyib.

“Məncə, indi özümüzə verməli olduğumuz suallar bunlardır: belə bir şeyin gələcəkdə baş verməsini necə önləməli?” – bunu isə Johnson jurnalistlərə deyib.

Bazar ertəsi 64 reyslə Britaniyaya 14 min 700 nəfər qayıdıb. Növbəti 13 gün ərzində daha 135 min 300 nəfərin qaytarılacağı gözlənir.

XS
SM
MD
LG