Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:33

Facebook siyasətçilərin yalanıyla neyləsin – Qərb mediası


ABŞ-da Prezident Donald Trump-a dəstək səhifəsi
ABŞ-da Prezident Donald Trump-a dəstək səhifəsi

2016-cı ildə ABŞ-da prezident seçkisi zamanı Facebook şayiə və yalanları önləməkdən ötrü yetərincə iş görmədini bildirir. Üç il keçib, sosial şəbəkə qeyri-müvafiq və ekstremist kontenti silməyə 30 min əlavə işçi götürüb. Bu haqda “Reuters” agentliyinin şərhçisi Peter Apps yazır.

Bu həftə Facebook-un hökumətlə münasibətlər və kommunikasiyalar üzrə başçısı bu siyasətə “xəbər dəyəri” ilə bağlı mühüm bir dəyişikliyi elan edib.

O deyib ki, yeni seçki yaxınlaşdıqca, platforma qeyri-həqiqi, ekstremist və başqa ziyanlı kontentin monitorinqini davam etdirəcək və bəzən də siləcək. Dəyişiklik isə bu qaydanın siyasətçilərə aid olmamasıdır. Əgər siyasi vəzifə tutan, yaxud namizədliyini verən normalda qadağan olunacaq nəsə desə belə, Facebook istifadəçiləri onu görə və paylaşa biləcəklər.

Mürəkkəb durum

Müəllif yazır ki, bu məsələ sözügedən şirkətin, eləcə də digər İnternet nəhənglərinin necə bir mürəkkəb duruma düşdüyünü göstərir. Facebook-dan yerləşdirilən kontentin fəsadlarına görə getdikcə daha çox məsuliyyət tələb olunur. Ancaq şirkət bununla nə edəcəyini bilmir və təəccüblü də deyil ki, bir gün onu tənzimləyə biləcək siyasətçilərlə münaqişə yaratmaq istəmir.

Şirkət təmsilçisi Nick Clegg deyir ki, sosial şəbəkə siyasi dialoq, yaxud debatın senzoruna çevrilə bilməz, yalnız bəzən zorakılığı qızışdıra biləcək, insan haqlarına ziyan vuran kontenti bloklaya bilər.

“Amma tənqidçilər platformanın bu cəbhədə illərdir uduzduğunu deyirlər. Özəlliklə Hindistanda müsəlmanlara qarşı etnik zorakılığın artmasında sosial şəbəkənin rolu misal gətirilir. 300 milyon istifadəçisi olan Hindistan bazarı şirkətdən ötrü əməlli-başlı problemə çevrilib. Equality Labs internetə nəzarət təşkilatının məlumatına görə, Hindistanda ekstremist, yaxud qızışdırıcı hesab olunan islamafob kontentin 93 faizi aşkarlanandan sonra da platformada qalıb”, – müəllif yazır.

Bu arada Hindistan siyasətində bölücü trend dərinləşməkdədir. Müəllif yazır ki, Facebook-un yeni “xəbər dəyəri” ölçüsü siyasətçilərin belə şərhlərini artırmasına səbəb olar. Qonşu Myanmada müsəlman rohinca azlığına zorakılıq artıb. Yenilənmiş qaydalara görə, Myanma liderlərinin və ordusunun da “siyasətçi” kateqoriyasına salınıb-salınmayacağı bəlli deyil.

XS
SM
MD
LG