Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:59

Ukrayna separatçı ərazilərin 'xüsusi statusu' ilə razılaşır, amma...


Donetskin mərkəzində moskvayönlü aksiya
Donetskin mərkəzində moskvayönlü aksiya

Minskdə üçtərəfli kontakt qrupunun iştirakçıları olan Rusiya, Ukrayna və ATƏT “Steinmeier formulu” adlı sənədə dair razılaşma əldə ediblər.

Almaniya prezidenti Frank-Walter Steinmeier-in adını daşıyan bu formul Ukrayna ərazisində rusiyayönlü separatçıların nəzarətində olan bölgələrə xüsusi statusun verilməsini nəzərdə tutur.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə Rusiyanın TASS, Interfax və RBK agentlikləri, daha sonra isə Ukrayna prezidenti Volodymyr Zelenskiy məlumat veriblər.

Bu razılaşmaya görə Ukrayna bu regionlarda ATƏT-in müşahidəsi altında yerli seçkilərin keçirildiyi gündən etibarən Donetsk və Luhansk vilayətlərinin bəzi ərazilərinə xüsusi status vermək öhdəliyi götürür.

Bu seçkilərin beynəlxalq standartlara uyğun olduğu tanındıqdan sonra Ukrayna qanunvericiliyi ilə bu status daimi olaraq təsbit edilir.

Sənəddə yerli seçkilərin keçirildiyi vaxt bölgədə qoşunların olması və ya seçkinin keçirilməsi qaydaları təsbit olunmayıb.

Donbas. 1 oktyabra olan vəziyyət
Donbas. 1 oktyabra olan vəziyyət

UNIAN agentliyi xəbər verir ki, bu məqam Donbasın xüsusi statusuna dair Verxovna Radanın 2014-cü ildə qəbul etdiyi qanunla tənzimlənir.

Sentyabrın 18-də Ukraynanın xarici işlər naziri Vadim Pristayko bildirmişdi ki, “Steinmeier formulu”nun qəbuluna prinsipial razılıq verib.

O vaxt nazir bildirmişdi ki, Donbasda seçkilər yalnız müəyyən təhlükəsizlik qaydalarının tətbiqi ilə keçirilə bilər.

Oktyabrın 1-də keçirilən mətbuat konfransında Zelenskiy bildirib ki, Kiyev separatçı regionlarda xarici qoşunların olduğu bir vaxtda seçki keçirilməsinə razılaşmayacaq.

Prezident bildirib ki, “Steimeier formulu” Donbasın xüsusi statusuna dair Ukrayna qanununa əlavə edilməlidir.

XS
SM
MD
LG