Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

ABŞ və İranın ‘təhlükəli oyunu’ – Qərb mediası


Ayətulla Ali Khamenei İnqilab Keşikçiləri Korpusunun komandirləri ilə görüşdə, 2 oktyabr, 2019-cu il
Ayətulla Ali Khamenei İnqilab Keşikçiləri Korpusunun komandirləri ilə görüşdə, 2 oktyabr, 2019-cu il

Son aylar ABŞ və İran arasında dərinləşən gərginliyin yumşaldılmasına beynəlxalq oyunçular qoşulub, özəlliklə Avropa canfəşanlıq edir. Ancaq “Project Syndicate” portalında Volker Perthes yazır ki, durum getdikcə daha da qızışır və diplomatik cəhdlər yaxşı nəticə verməsə, bundan da betəri baş verə bilər, ABŞ və İran birbaşa qarşıdurmaya sürüklənər.

Son bir ayda durumu qızışdıran Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlar olub. ABŞ və bəzi başqa ölkələr hücumlara görə İranı ittiham etsə də, Tehran iddiaları rədd edib.

Müəllif yazır ki, dünya bu işə qol qoymasa, hər iki ölkənin oynadığı təhlükəli oyun birbaşa qarşıdurmaya keçə bilər.

“Amerikada Demokratlar Prezident Donald Trump-a qarşı impiçment proseduru başlatmaqla ciddi səhvə yol verdilər. 1998-ci ildə respublikaçıların Bill Clinton-u impiçment etməsi təkrarlanır, onda səylər nəticə vermədi, respublikaçılara ziyan vurdu, Clinton-un hakimiyyətini möhkəmləndirdi, həm də institusional ziyan vurdu”, – müəllif yazır.

ABŞ Nümayəndələr Palatasının Spikeri Nancy Pelosi prezidentə qarşı impiçment araşdırmasının başlamasına göstəriş verib. Buna Trump-ın ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon danışığında guya ona təzyiq göstərməsindən dolayı ittihamlar səbəb olub. Trump isə bütün bunları həmişəki kimi “əcinnə ovu” adlandırıb.

Müəllif yazır ki, İranın ABŞ-a cavab verməyə uyğun gücü olmadığından kreativ davranıb, ilkin olaraq Amerikanın Avropadakı müttəfiqlərinə təzyiq göstərib, onlardan nüvə sazişi çərçivəsində iqtisadi təminatlar istəyib. Tehran digər tərəfdən nüvə sazişi öhdəliklərini azaltmağa başlayıb. İran həm də Fars Körfəzi və Ərəbistan yarımadasında asimmetrik müharibədən yararlanır. Son aylar bir neçə xarici neft tankerini ələ keçirib.

“ABŞ və İran indiki oyunda bütün kartları açandan sonra daha təhlükəli oyun başlanacaq. Bu, açıq kinetik müharibə olmaya da bilər. Səudiyyə Ərəbistanı və İsrail kimi üçüncü tərəflər də asimmetrik hücumlar başlada, Birləşmiş Ştatlar özü də asimmetrik müharibəyə girişə bilər. Bu aktyorlar daha öncə də bu oyunu oynayıblar, ancaq miqyası böyük olmayıb”, – məqalədə deyilir.

XS
SM
MD
LG