Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:37

Hakimiyyət gələcək nəsillərin pulunu xərcləməkdə davam edir


Bərdədə hərbi korpusun önündə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:15:09 0:00

Bərdədə hərbi korpusun önündə etiraz aksiyası

Azərbaycanın dövlət büdcəsinin yarıdan çoxu hələ də neft gəlirləri hesabına formalaşır. Gələn ilin dövlət büdcəsinin nə az-nə çox 57 faizini - neftdən gələn gəlirlər təşkil edir: həm Neft Fondundan transfertlər, həm də digər neft gəlirləri.

Dövlət büdcəsinin neft gəlirlərindən ciddi asılılığı qalmaqdadır. 2020-ci ildə Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənilir. Yəni builki göstəricidən 400 milyon manat çox.

İqtisadiyyat təhlilçisi Torğul Maşallının fikrincə, hökumətin sözü ilə əməli düz gəlmir, bir tərəfdən qeyri-neft sektorunun inkişafından danışılır, o biri tərəfdən neft fondundan dövlət büdcəsinə transfertlər ildən-ilə artırılır.

Onun sözlərinə görə, neft fondunun yaradılmasından əsas məqsəd neft gəlirlərinin indiki və gələcək nəsillər üçün qorunub saxlanması idi. O deyir ki, bunun əvəzində hökumət hər il fondun gəlirlərinin böyük hissəsini xərcləyir.

Azərbaycan Dövlət Neft Fondunda 42 milyard dollardan çox vəsait var.

Bu il Neft Fondunun gəlirləri 15,5 milyard manat, xərcləri isə 11,6 milyard manat proqnozlaşdırılıb.

Xərclərin hardasa 11,4 milyard manatının Dövlət Büdcəsinə transfertlərə, 200 milyon manatının isə məcburi köçkünlərin sosial-məişət problemləri ilə bağlı işlərə ayrılması nəzərdə tutulub.

Neftdən asılılıq azalmır, əksinə artır

İqtisadçı ekspert Torğul Maşallı deyir ki, Neft Fondu təkcə 2019-ci ildə yox, bundan öncəki illərdə də gəlirlərinin böyük hissəsini xərcləyib. Onun fikrincə, neft fondunun vəsaitini səmərəli istifadə etmək üçün digər sahələr inkişaf etdirilməli, büdcəyə köçürmələr azaldılmalıdır.

Elə Azərbaycan hökumətini özü də bəyan edir ki, əsas məqsəd büdcənin neftdən aslılığını azaltmaq, qeyri-neft sektorununu inkişaf etdirməkdir.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Ümumilikdə, illər üzrə statistik məlumatları təhlil etdikdə, transfertlərdə artım tempi müşahidə olunur. Məsələn, 10 il öncə Neft Fondundan Dövlət büdcəsinə transfertlər 40 faiz civarında idisə, indi bu 48 faizdir.

Halbuki hökumətin hədəfi büdcədə qeyri-neft sektorunun payını artırmaq, büdcənin neftdən aslılığını azaltmaq idi.

İqtisadiyyat naziri Şahin Mustafayev 2019-cu ilin 6 ayına dair kollegiya iclasında deyib ki, İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektoru inkişaf edir. O bildirib ki, bu ilin birinci yarımilliyində qeyri-neft sektoru 3,2%, qeyri-neft sənayesi 15,7%, qeyri-neft ixracı 15% artıb.

2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin daha da artırılması proqnozlaşdırılır. 2019-cu illə müqayisədə gələn il qeyri-neft sektorundan daxilolmalların 11 faiz artırılması gözlənilir.

Qeyri-neft illüziyası

Amma iqtisadçı ekspert Toğrul Maşallı deyir ki, qeyri-neft sektoru adı ilə göstərilən bəzi büdcə gəlirlərinin özü də elə neftlə bağlıdır. Beləki, neft fondundan büdcəyə transertlər olunur, bu vəsaitin bir hissəsi tutalım hansısa xəstəxananın və ya məcburi köçkünlər üçün binanın tikilməsinə ayrılır. Burada çalışan işçələrin, tenderdə qalib gələn şirkətin ödədiyi vergilər qeyri-neft sektoruna aid edilir.

Amma Toğrul Maşallı düşünür ki, bu gəlirlərin hamısı dolayı yolla neftə aiddir. Məsələn, neft gəlirləri azalsa, belə infrastruktur layihələrinə vəsait ayrılmaz, onda da büdcəyə daxil olan vəsait azalar.

Onun sözlərinə görə, 2015-ci il devalvasiyalarında bu hallar yaşandı. Bundan sonra hökumət qeyri-neft sektorunun inkişafında daha inamlı idi. Toğrul Marşallı düşünür ki, son illər neftin qiyməti qalxandan sonra, hökumət yenidən arxayınlaşıb:

“Bütün qəbul olunan strateji yol xəritələri və digər dövlət proqramları unuduldu. Nəticədə də bu gün biz qeyri-neft sektorunu inkişaf etdirilə bilmədik. Dövlət büdcəsinə əsasən Vergilər Nazirliyinin səyləri hesabına, maksimal həddə vergi toplamaqla vəsait yığılır. Bu vəsaiti də qeyri-neft sektoru kimi göstərmək istəyirlər”.

Vəziyyət çıxılmaz deyil

Millət vəkili Vahid Əhmədov deyir ki, o özü də hər il büdcə layihəsinin müzakirəsində bu məsələni qaldırır. Amma fikrincə, bu sahədə problem olsa da, durum çıxılmaz deyil:

"Dövlət büdcəsinin, ümumiyyətlə, dövlətin neftdən aslılığını azaltmaq lazımdır. Qeyri-neft sektoru inkişaf edilməlidir. Bank sektoruna, real sektora vəsait yatırmaq lazımdır. Düzdür, hələ buna tam nail olunmayıb. Mən də razılaşıram ki, bu sahədə problemlər var. Amma durum çıxılmaz deyil, hökumət bu problemləri aradan qaldırmaq üçün işlər görür. Sadəcə bu işləri sürətləndirmək lazımdır ki, qeyri-neft sektorunun inkişafı reallaşsın".

2019-cu ilin dövlət büdcəsinin gəlirlərinin 7,3 milyard manatının Vergilər Nazirliyi, 3,7 milyard manatının isə Dövlət Gömrük Komitəsindən daxil olması proqnozlaşdırılmışdı.

Hələlik, gələn ilin dövlət büdcəsi ilə bağlı detallar açıqlanmayıb. Amma 2020-ci ildə neftin bir barrelinin 55 dollardan hesablanması gözlənilir. Bu ilin dövlət büdcəsində neftin bir bareli 60 dollardan götürülmüşdü.

XS
SM
MD
LG