Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Zelenskiy bir qrup deputatı yalan detektorundan keçməyə çağırır


Volodymyr Zelenskiy həyat yoldaşı Olena Zelenska ilə Tokioda
Volodymyr Zelenskiy həyat yoldaşı Olena Zelenska ilə Tokioda

Ukrayna Prezidenti Volodymyr Zelenskiy parlamentin maliyyə komitəsi üzvlərini rüşvətxorluq iddiaları ilə bağlı yalan detektorundan keçməyə çağırır.

Hazırda Yaponiyada olan Zelenskiy oktyabrın 23-də Facebook səhifəsində yazıb ki, iddiaların məqsədi onun hakim Xalqın qulluqçusu partiyasını “gözdən salmaqdır”.

“Partiyanı parlamentdə təmsil edən heç kəsin Ukrayna xalqından çoxluq mandatı almış siyasi qüvvə üzərinə kölgə salmasına imkan vermərəm”, – yazan Zelenskiy maliyyə, vergi və gömrük siyasəti komitələrinin bütün üzvlərini testdən keçməyə çağırıb.

“Əgər test deputatlardan hansısa birinin komitədə səsvermə zamanı rüşvət almasına dair azacıq ehtimalı belə üzə çıxarsa, antikorrupsiya agentlikləri onlarla məşğul olmalıdır. Vicdanlı və qərəzsiz təhqiqat bütün sualları aradan qaldıraraq onlara cavab verməlidir, nə qədər acı olsa belə”, – Zelenskiy yazıb.

Ukrayna mediası bu gün yazıb ki, Verxovna Radanın Zelenskiy-nin partiyasından 11 üzvü bir qanun layihəsinə qarşı səs vermək üçün hərəyə 30 min dollar rüşvət alıblar. Layihədə daşınmaz əmlak obyektlərinin dəyərləndirilməsi zamanı korrupsiyanın önlənməsi nəzərdə tutulur. İddialara görə, bu addım başqa bir deputata bağlı mülkiyyət şirkətlərini xeyrinə atılıb.

Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu oktyabrın 23-də məlumatları araşdırdığını bəyan edib.

Apreldə prezident seçkisində qalib gəlmiş Zelenskiy ölkədə kök salmış korrupsiya ilə mübarizə vəd edib.

XS
SM
MD
LG