Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:16

Erməni general 2016-cı il müharibəsinin uğursuzluğundan danışır


Vagarshak Arutyunyan
Vagarshak Arutyunyan

Ermənistanın keçmiş müdafiə naziri Vagarshak Arutyunyan deyib ki, 2016-cı ilin aprel müharibəsində erməni tərəfi yaranmış vəziyyəti düzgün qiymətləndirə bilməyib və nəticədə əməliyyat və taktiki uğursuzluqlara yol verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, general-leytenant Arutyunyan hazırda dördgünlük müharibəni araşdıran parlament istintaq komissiyasının məsələhətçisi kimi çıxış edir.

Arutyunyanın sözlərinə görə, erməni tərəfi canlı qüvvənin hansı şəraitdə itirilməsini araşdırmalıdır.

Azatutyunun “kəşfiyyat səhvləri də buraxılıbmı” sualına cavab verən Arutyunyan deyib ki, bu məsələ hələ araşdırlır:

“Kəşfiyyatın rolu hələ öyrəniləcək. İnformasiya olubmu, bu barədə məruzə edilibmi, kimə məruzə edilib və hansı qərarlar qəbul olunub?...Bugünün əsas vəzifəsui bu informasiyanın necə olduğu, kimə məruzə edildiyi və hansı qərarın qəbul edildiyinin öyrənilməsidir”.

General-leytenantın fikrincə, bu müharibədə hər bir öldürülmüş əsgərin hansı şəraitdə həlak olmasının aydınlaşdırlması əsas vəzifələrdən biridir.

2016-cı ilin aprel günlərində Dağlıq Qarabağda
2016-cı ilin aprel günlərində Dağlıq Qarabağda

Gərək Qarabağ əldən gedəydi?

Azatutuyun xatırladır ki, həmin vaxt baş qərargah rəisinin müavini olmuş və hazırda müdafiə nazirinin müşaviri işləyən general-leytenant Enriko Apriamov ciddi səhvlərin olmamasını demişdi.

O bildirmişdi ki, əks halda erməni tərəfi Mardakert (Ağdərə), Taliş və başqa yerləri itirərdi.

Arutyunyan Apriamovun bu məntiqi ilə razılaşmadığını bildirib:

“Əlbəttə, əgər bu nöqteyi-nəzərlə yanaşsaq, onda Qarabağı itirmək ciddi məsələ sayıla bilərdi. Mən bu yanaşma ilə razılaşmıram. Sən nəyə ciddi deyirsən? Ərazi itkisi olub, hələ bundan da artığı, təmas xətti dəyişib, düzdür azacıq dəyişib, amma bu olub, axı...İndi biz aydınlaşdırmalıyıq ki, niyə olub?..”

Vagarshak Arutyunyan belə bir fikrilə razılaşmır ki, “dördgünlük müharibəni” araşdıran komissiyanın məqsədi kimlərinsə cəzalandırılmasıdır.

O bildirib ki, parlamentin istintaq komissiyasının məqsədi səhvləri üzə çıxarmaq və onların gələcəkdə təkrar olunmasının qarşısını almaqdır.

Amma o istisna etməyib ki, araşdırma əsgər ölümlərinə, ərazi itkisinə səbəb olmuş səhvləri və şəxsləri aşkar etsə, onda məsuliyyətə cəlbetmə də gündəmə gələ bilər.

Qarabağda Talish kəndi
Qarabağda Talish kəndi

Azərbaycan bir neçə dayaq nöqtələrini tutsa da...

Azatutyunun bu müharibənin səbəbinin guya əvvəlcədən razılaşdırılmış qəsd olmasına dair iddilar barədə sualına cavab verən hərbçi deyib ki, həyatda heç nəyi istisna etmək olmaz, amma bu versiya az ağlabatan görünür:

“Müharibə barədə razlaşmaya gəlmək və sonra hansısa məqamda dayanmaq, belə deyək, nəyəsə, hansısa sərhədə çatıb dayanmaq olmur. Buna görə də mən bu versiyanı, demək olar istisna edirəm. Burda başqa problem var. Bu əməliyyatlar başlananda, biz bunu əvvəlcədən aşkar etmişik, ya yox? Bunu əvvəlcədən aşkar etmək mümkün idimi, ya yox? Bizim analitik orqanlarımız nə dərəcədə dəqiq işləyiblər?..”

1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olmuş Vagarshak Arutyunyan deyib ki, 2016-cı il müharibəsində Ermənistan ordusu əsas vəzifəsinin öhdəsindən gəlib və Azərbayana bu müharibədə əsas məqsədinə nail olmaq imkanı verməyib.

O əlavə edib ki, əlbəttə, erməni tərəfi bir neçə dayaq nöqtələrini itirib və bu arzuedilməz idi.

Lakin generalın fikrincə, bu itkiləri geri qaytarmaq üçün əsgərlərin həyatını qurban verməyə dəyməzdi:

“Axı aşkardır ki, Azərbaycanın məqsədi bu qədər qoşundan istifadə etməklə bir neçə dayaq nöqtəsini tutmaq deyildi. Mən əminəm ki, onların məqsədi təmas xəttini dəyişmək və bunun əsasında sonrakı diplomatiyanı və siyasəti qurmaq, erməni tərəfinə, həmsədrlərə, neft və qaz satdığı ölkələrə təzyiq göstərmək idi”.

XS
SM
MD
LG