Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:03

Trump-ın şəxsi vəkilinə bağlı iki nəfər təqsirsiz olduğunu bildirib


Lev Parnas (solda) və Igor Fruman
Lev Parnas (solda) və Igor Fruman

ABŞ prezidenti Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani-nin Trump-ın siyasi rəqiblərini təhqiq etmək cəhdi ilə bağlı olan iki biznesmen siyasətçilərin seçki kampaniyalarına qanunsuz ianə ödənişləri etdiklərinə dair ittihamı qəbul etməyiblər.

Ukrayna doğumlu Lev Parnas və əslən Belarusdan olan Igor Fruman bu bəyanatı oktyabrln 23-də Manhattan federal məhkəməsində veriblər.

Parnas deyib ki, onun haqqında və ailəsi haqqında həqiqətə uyğun olmayan çoxlu söhbətlər edilib və o təmizə çıxacağına inanır.

Fruman müxbirlərin suallarına cavab verməyib.

Manhattan prokurorluğu oktyabrın 10-da bildirmişdi ki, prezident Trump-ın şəxsi vəkili Rudy Giuliani ilə bağlı olan Parnas və Fruman Vaşinqton yaxınlığındakı Dulles beynəlxalq hava limanında saxlanıblar.

Prokurorlar iddia edirdilər ki, hər ikisi ABŞ vətəndaşı olan bu şəxslər Birləşmiş Ştatların Ukraynadakı səfiri Marie Yovanovitch-in geri çağırılması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olublar.

Həmin vaxt Giuliani Ukrayna rəsmilərini Trump-ın potensial seçki rəqibi, demokrat Joe Biden barəsində təhqiqat aparılmasına təhrik edirdi.

Prokurorlar bunu da deyirdilər ki, Parnas və Fruman David Correia və Andrei Kukushkin adlı iki nəfərlə birlikdə ABŞ-ın bir neçə ştatındakı siyasətçilərə qanunsuz kampaniya ianələri verirdilər və məqsəd onlardan “müalicəvi marixuana” biznesi üçün dəstək almaq idi.

Hər ikisi ABŞ vətəndaşı olan Correia və Ukrayna doğumlu Kukushkin iki həftə əvvəl məhkəmə qarşısında təqsirsiz olduqlarını demişdilər.

Sözü gedən şəxslərin dördü də zamindədir.

Bu həbslər Konqresdə Trump-a qarşı impiçment araşdırmasının aparıldığı vaxta təsadüf edib.

Hazırda impiçment araşdırmasının diqqət mərkəzində Giuliani-nin Ukrayna ilə bağlı fəaliyyətidir.

XS
SM
MD
LG