Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

İmpiçment araşdırması Ağ evin daxilinə keçir


Donald Trump
Donald Trump

ABŞ Konqresinin Prezident Donald Trump-la bağlı impiçment araşdırması bu həftə diqqəti Ağ evin daxilinə yönəldir. Konqres prezidentin hərəkətlərinin impiçment olunası pozuntuya bərabər olub-olmadığını araşdırır.

Bu həftə Nümayəndələr Palatasının araşdırma aparan komitələrində Milli Təhlükəsizlik Şurasının üç indiki və keçmiş rəsmiləri dindirilməlidir. Onlardan ən vacibi prezidentin Rusiya və Avropa üzrə əsas müşaviri Tim Morrison-dur.

O, oktyabrın 31-də qapalı ifadə verəcək.

Morrison bu araşdırma çərçivəsində ifadə verən ilk vəzifədə olan Ağ ev rəsmisi olacaq. Onun iyulun 25-də Trump ilə ukraynalı həmkarı Volodymyr Zelenskiy arasında telefon danışığında iştirak etdiyi güman edilir. Söhbət zamanı Trump həmkarından keçmiş vitse-prezident Joe Biden barəsində təhqiqat aparılmasını istəyib. Biden gələn il prezident seçkisində Trump-ın potensial opponentidir.

İmpiçment araşdırması Trump-ın şəxsi və siyasi mənfəəti üçün vəzifəsindən sui-istifadə edib-etmədiyini araşdırır.

ABŞ-ın Ukraynadakı baş diplomatı William Taylor oktyabrın 22-də ifadə verərkən deyib ki, Morrison Trump-ın Kiyevə 400 milyon dollarlıq hərbi yardımı ertələməsində əsas şahiddir. Trump-ın bunda niyyətinin Ukrayna prezidentinə təzyiq göstərmək olduğu bildirilir.

Taylor ifadə verərkən Morrison-un adını 15 dəfə çəkib.

İfadə verəcək digər şəxslər arasında keçmiş milli təhlükəsizlik müşaviri John Bolton-un keçmiş müavini Charles Kupperman da var. Onun Trump-ın hərəkətlərini dəfələrlə mübahisələndirdiyi bildirilir.

Bu həftə Dövlət Departamentinin və Müdafiə Departamentinin üç rəsmisi də şahid kimi ifadə verməlidir.

XS
SM
MD
LG