Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:15

Rusiyalı politoloq hakimiyyəti təhqir etməkdə suçlanır


Fyodor Krasheninnikov
Fyodor Krasheninnikov

Rusiyada politoloq Fyodor Kraşeninnikova (Fyodor Krasheninnikov) qarşı hakimiyyətin təhqiri maddəsi üzrə administrativ iş açılıb. O, buna Telegram mesajlaşma şəbəkəsində yazdığı postun səbəb olduğunu deyir.

Söhbət iyunun 10-da yayılmış postdan gedir. Politoloq “Vedomosti” qəzetinin müxalifətçi Leonid Volkovun həbsi barədə xəbərini paylaşaraq “Putin hakimləri” haqda söyüş işlədib. Hüquq-mühafizə orqanlarının fikrincə, politoloq bununla insan ləyaqətini, ictimai ədəb qaydalarını təhqir edib.

Ancaq Kraşeninnikov özünü günahkar saymır, hüquq-mühafizə orqanlarının özünə qarşı addımını “jurnalistə, publisistə, müxalif mövqeyini gizlətməyən ictimai xadimə təzyiq” hesab edir.

Ekspert rəyi də alınıb

Politoloqun Telegram kanalının 6 min 500 abunəçisi var. Oktyabrda onun mənzilində axtarış aparılıb, bunun müxalifətçi Aleksei Navalny-nin Korrupsiya ilə Mübarizə Fondunun qarşı çirkli pulyuma işilə bağlı olduğu bildirilir. Məsələ ondadır ki, Kraşeninnikovun keçmiş həyat yoldaşı fondun qərargahlarından birində işləyib.

“Currenttume.tv” yazır ki, bu, politoloqa qarşı ilk iş olduğundan onu 100 min rubladək cərimə gözləyir.

Politoloq hesab edir ki, görünür, Navalny-nin komandası ilə bağlı, yaxud onu hər hansı formada dəstəkləyən istənilən şəxsə hücum qərarı verilib. “Dərc olunanlardan yalnız bir emosional şərhin seçilməsini mənə qarşı hər hansı iş açmaqdan ötrü sadəcə bir əsas tapılmasına aydın dəlil sayıram”, – o vurğulayıb.

İşə ekspert rəyi də əlavə olunub. Rəyə görə, politoloqun yazdığı təhqiramiz xarakter daşıyır, hakimiyyət orqanlarına, konkret hakimlərə hörmətsizliyi göstərir.

Kraşeninnikov Yekaterinburq şəhərində kilsə tikintisinə qarşı çıxan fəallardan idi. O, Rusiyada siyasi proseslərin təhlili ilə məşğuldur.

XS
SM
MD
LG