Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:58

Məhkəmə: Müxalifət liderləri Putinin aşpazına 1, 4 milyon dollar ödəməlidirlər


Lyubov Sobol
Lyubov Sobol

Moskva məhkəməsinin oktyabrın 28-də çıxardığı hökmdə deyilir ki, müxalifətin iki tanınmış lideri və onların fondu prezident Vladimir Putinin şəxsi aşpazı ilə bağlı olduğu deyilən şirkətə 88 milyon rubl (1, 4 milyon dollar) təzminat ödəməlidir.

Məhkəmənin gəldiyi nəticəyə görə Aleksei Navalny-nın Antikorrupsiya Fondu (AF) ölkə paytaxtının orta məktəblərinə iaşə xidməti göstərən “Moskva şagirdi” şirkətinə maliyyə ziyanı vurub.

Bu barədə Navalny özünün Instagram səhifəsində yazıb:

Antikorrupsia Fondunun üzvü Lyubov Sobol bu məhkəmə işində cavabdehlərdən biridir.

Sobol ötən yay Moskvada kütləvi etiraz aksiyalarının təşkilatçılarından biri sayılır.

AF Yevgeny Prigozhin-in şirkətini ötən ilin dekabrında Moskva məktəblərində və uşaq bağçalarında kütləvi zəhərlənmələrə görə tənqid edən video buraxmışdı.

Kommersant qəzeti yazır ki, Rusiya İstintaq Komitəsi bu hadisəyə görə başqa bir ərzaq təchizatçısını - VITO-1 adlı şirkəti şübhəli bilirdi.

Putinin şəxsi apşazı, oliqarx Yevgeny Prigozhin (solda)
Putinin şəxsi apşazı, oliqarx Yevgeny Prigozhin (solda)

“Moskva şagirdi” şirkəti bildirib ki, Navalny-nın videosuna görə böyük kontraktını itirməli olub.

“Moskva şagirdi” şirkətinin xeyrinə qərar verən məhkəmə habelə AF-dən sözü gedən videonun silinməsini tələb edib.

Navalny Instagramdakı postunda yazır:

“Bunlar məktəb və bağçalardakı uşaqcığazları zəhərləyiblər. Qarım yatalağı halları sənədləşdirib, amma cəriməni biz ödəməliyik”.

XS
SM
MD
LG