Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:22

Britaniyalılar heç referendumdan qabaq belə stres keçirməyiblər


Breksit tərəfdarları Londonda parlament önündə etiraz edir, 28 oktyabr, 2019-cu il
Breksit tərəfdarları Londonda parlament önündə etiraz edir, 28 oktyabr, 2019-cu il

Böyük Britaniyanın bu həftə Avropa Birliyindən çıxmaq təhlükəsi sovuşdu, AB Breksitin müddətini 3 ay – yanvarın 31-dək uzatdı. Ancaq son bir neçə ilin qeyri-müəyyənlik ab-havasının britaniyalıların emosional durumuna təsir göstərməsinin əlamətləri var. Bunu “Gallup” sorğu mərkəzi üzə çıxarıb.

Mərkəz bildirir ki, bu gün britaniyalıların çoxu 2016-cı il referendumundan öncəkindən daha stressli durumdadırlar. Respondentlərin üçdə birindən də çoxu (36%) bir gün öncə böyük stres keçirdiyini deyib. 2016-cı ildə bu göstərici 29 faiz olub.

Elə sorğudan bir gün öncə narahatlıq (37%), kədər hissi (25%) keçirdiyini deyənlərin sayı da ötən illərlə müqayisədə artıb.

Mənfi hisslərin yüksəlişinə baxmayaraq, britaniyalılar 2019-cu ildə daha az qəzəblidirlər. Bu il respondentlərin 13 faizi bir gün öncə xeyli qəzəbləndiyini söyləyib.

“Gallup” qeyd edir ki, stress, narahatlıq, kədər, hətta fiziki ağrı kimi hisslərin artması bu il Böyük Britaniyanın Gallup-un Mənfi Təcrübə İndeksindəki balını 28-ə qaldırıb. Bu, referendumdan öncəkindən dörd bal çoxdur.

“Breksitə aparan uzun yolun bu yüksəlişlə heç bir əlaqəsi olmadığını demək mümkünsüzdür. Britaniyalıların emosional durumunun üzümüzə gələn yanvardan sonra – Breksit baş verərsə – necə olacağı maraqlıdır”, – mərkəz vurğulayır.

XS
SM
MD
LG