Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:33

‘Banklar ona görə aşağı faizlə kredit verə bilmirlər ki...’


Manat və dollar
Manat və dollar

Son vaxtlar Azərbaycanda yenidən istehlak kreditlərinin həcminin artdığı bildirilir. Bəzi ekspertlər biznes kreditlərinin azalmasının yenidən bank sektorunda “böhran” yaradacağından narahatlıqlarını ifadə edirlər...

İqtisadçı Nemət Əliyev bunu əhalinin gündəlik məişət ehtiyaclarını ödəmək üçün banklara üz tutması kimi dəyərləndirir.

N.Əliyev vurğulayıb ki, hazırda istehlak kreditləri ən azı 20 faizlə verilir. O əlavə edib ki, istehlak kreditləri, ölkə iqtisadiyyatının birbaşa stimullşadıırlmasına yönəlmir.

“Bunun da əsas səbəbi odur ki,...”

İqtisdçıya görə, bu həm də o deməkdir ki, sahibkarlar banklardan biznes kreditləri götürməyi azaldıblar:

“Bu isə bir daha onu təsdiq edir ki, Azərbaycanda əlverişli biznes mühiti yoxdur. Baxmayaraq ki, dövlət başçısı Azərbaycanda əlverişli binzes mühitinin olmasından çox danışır. Amma faktiki, real həyat onu göstərir ki, bu belə deyil. Belə olmadığına görə də adamlar gedib bank sektorundan kredit almırlar. Bunun da əsas səbəbi odur ki, bank faizləri yüksəkdir. Bir də verilən kreditlərin geriyə qaytarılacağına ümid azdır”.

“Əlverişli biznes mühiti yoxdur”

Nemət Əliyev
Nemət Əliyev

N.Əliyev sahibkarların durumu haqqında belə danışıb:

“Həm gedib o pulu qazansın, həm faizi ödəsin, həm də özlərinə gəlir əldə etsinlər. Belə mühit olmadığı üçün Azərbaycanda kreditlər real sektora yönəlmir. Ona görə də kreditlərin ümimi təkibində istehlaka yönələn kreditlərin həcmi artır”.

İqtisadçıya görə, əhali ona görə istehlak kreditlərinə üz tutur ki, maiyyə təminatı, gəlirləri çox aşağıdır. Onun fikrincə, rəsmilərin əməkhaqqı və pensiyaların kifayət qədər artması barədə dedikləri özünü doğrultmur:

“Ölkədə qiymətlərin bahalaşması gəlirlərin artmasından qat-qat yüksəkdir və ona görə də indiki durum yaranıb. Baxmayaraq ki, orta aylıq əməkhaqqı artırlır, minimum əməkhaqqı artır, insanlar yenə istehlak kreditlərinə üz tuturlar. Bunun əsas səbəbi odur ki, qiymətlərin sürətli artımı gəlirlərdəki artımı “yeyir””

“Banklara daha çox sərf edir”

Mərkəzi Bank
Mərkəzi Bank

Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, istehlak kreditləri vermək qazanc baxımından banklara daha çox sərf edir. O qeyd edir ki, bu kreditlərin məbləğləri az olur:

“Hazırda, Azərbaycanda istehlak kreditləri minimum 22 faizdir, amma reallıqda bu rəqəm daha yüksəkdir. Sahibkarlar isə hətta 15-16 faizlə verilən kreditlərin faizlərini yüksək sayırlar.”

Ə.Həsənova görə, bu problemin indi baş qaldırması səbəbsiz deyil. Onun fikrincə, 2015-ci ildəki devalvasiyayalara qədər kreditlərin faizlərinin yüksək olmasına bir elə də baxılmırdı:

“İndi isə elə deyil. Sahibkarlar daha “ağıllı” olublar, imkanı olan sahibkarlar banklardan daha aşağı faizlə kredit tələb edirlər”

Ə. Həsənov hesab edir ki, banklarda belə vəziyyət yaranması səbəbsiz deyil:

“Ona görə ki, bankların əksəriyyəti Mərkəzi Bankdan ucuz pul ala bilmirlər, beləliklə, sağlam rəqabət prinsipi də pozulur. Ucuz pul yoxdursa, demək ucuz kredit də ola bilməz, bu əsas səbəblərdən biridir. Digər tərəfdən, banklar ona görə aşağı faizlə kredit verə bilmirlər ki, onların kredit riskləri yüksəkdir”.

“Banklar biznesi kreditləşdirməldir”

Ə.Həsənovun fikrincə, banklar biznesi kreditləşdirməldir ki, iş yerləri açılsın, maaşlar artsın:

“Bizdə isə bunun əksi baş verir, yəni iş yerləri açılmır, biznesin səviyyəsi düşür, Prezident də etiraf edir ki, qeyri-neft sektorunun inkişaf səviyyəsi onu qane etmir. Nəticə olaraq bu da ona səbəb olacaq ki, istehlak kreditlərini qaytarmaq belə mümkün olmayacaq ”.

Rəsmilər nə deyir?

İlham Əliyev, 31 oktyabr 2019
İlham Əliyev, 31 oktyabr 2019

Amma rəsmilər ölkədə biznes mühitinin əlverişsiz olması ilə bağlı deyilən fikrirlərlə razı deyiillər:

“Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır.”, deyə prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə demişdi.

O habelə vurğulamışdı ki, əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir:

“Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə, Azərbaycan bu gün MDB məkanında birinci yerdədir.”

Xatırlatma

Rəsmi açıqlamalara görə, 2019-cu ilin 9 ayında banklar üzrə ümumi kredit portfeli 14 milyard manat civarında olub. Kredit portfelinin 60 faizdən çoxu biznes, 40 faizinə yaxını isə istehlak kreditləri təşkil edib. Bu ilin 9 ayında həm kredit portfelinin, həm də onun daxilində istehlak kreditinin artdığı vurğulanır.

XS
SM
MD
LG