Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:50

Bu gün Erdogan Trump ilə görüşəcək


Donald Trump (solda) və Recep Tayyip Erdogan, arxiv fotosu
Donald Trump (solda) və Recep Tayyip Erdogan, arxiv fotosu

Noyabrın 13-də ABŞ Prezidenti Donald Trump Ağ evdə türkiyəli həmkarı Recep Tayyip Erdogan-ı qəbul etməlidir.

Sonuncu dəfə Erdogan Vaşinqtona səfər edəndə – 2016-cı ildə onun mühafizəsinin üzvləri Türkiyə səfirinin iqamətgahı yaxınlığında dinc kürdpərəst nümayişçilərə hücum etmişdi.

Budəfəki səfər isə iki NATO müttəfiqi arasındakı gərginliyin ən yüksək səviyyəyə çatdığı dönəmlərdən birinə düşür.

“Bu səfərimiz Türkiyə-Amerika münasibətlərinin ağrılı prosesdən keçdiyi bir dönəmdə gerçəkləşir”, – Erdogan noyabrın 11-də Ankarada deyib.

“Zəhərli” məqamlar

Elə həmin gün Trump administrasiyasının aparıcı rəsmisi də ikitərəfli münasibətləri “zəhərləyən” ziddiyyətlərdən danışıb. Buraya Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması, Suriyanın şimal-şərqini ABŞ-ın müttəfiqi olan kürd silahlılardan təmizləmək üçün orada hərbi əməliyyat aparması daxildir.

“Prezidenti Trump Erdogan-ın özüylə birbaşa işləməkdə və diplomatiyada maraqlıdır. Bu əlaqələrin qarşısını kəsən problemlərin həllindən ötrü tam və səmimi iş vacibdir. Bu alyansın yaşı 70 ilə yaxındır”, – administrasiya rəsmisi bildirib.

Rusiyanın raket sisteminin NATO-nun müdafiə qabiliyyəti ilə uyğunsuzluğunu nəzərə alan Vaşinqton Türkiyəni qismən istehsalçısı və alıcısı olduğu F-35 qırıcı proqramından çıxarıb.

Türkiyə 2016-cı ildən ABŞ-dan müsəlman vaiz Fethullah Gulen-in ekstradisiyasını da tələb edir, onu ölkədə baş tutmamış çevriliş cəhdində suçlayır.

Erdogan yola düşməzdən qabaq Vaşinqtonu Suriyada atəşkəs sazişinə əməl etməməkdə suçlayıb. Həmin sazişdə kürd silahlıları Türkiyəylə sərhədin 30 kilometrliyindən çıxarmaq nəzərdə tutulub.

ABŞ Nümayəndələr Palatası ötən ay Türkiyəyə qarşı sanksiya paketini qəbul edib. Məqsəd Ankaranı Suriyadakı əməliyyata görə cəzalandırmaqdır. Senatın nüfuzlu üzvləri deyiblər ki, kürdlərə təhlükə qalarsa, layihəni qəbul edəcəklər.

“İslam Dövləti silahlı qruplaşmasının yenidən baş qaldırmasını önləmək, xristianlar, yezidilər, kürdlər kimi dini və etnik azlıqlara qarşı vəhşilikləri önləmək istəyirik”, – administrasiya rəsmisi vurğulayıb.

Ankaranı qəzəbləndirən daha bir addım isə Nümayəndələr Palatasının 20-ci əsrin əvvəlində Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini soyqırımı kimi tanıması olub.

“Münasibətlərimizdəki pis ab-havaya baxmayaraq, problemlərin həlli və əlaqələrin yaxşılaşdırılması ilə bağlı Prezident Trump-la razılaşırıq”, – Erdogan vurğulayıb.

XS
SM
MD
LG