Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:39

Özbəkistanda yerlilərə ‘qoyun sürüsü’ deyən Lukoil rəsmisindən şikayət edilib


Ivan Shilov (Videodan kadr)
Ivan Shilov (Videodan kadr)

Özbəkistanda ən böyük siyasi partiyalardan biri – sosial-demokrat Ədalət Partiyası Rusiyadan Lukoil şirkətinin Daşkənd ofisinə göndərilmiş əməkdaşın davranışından narazılıq ifadə edib.

Partiya bildirir ki, həmin əməkdaş yerli özbək işçilərə qarşı ana söyüşündən istifadə edib və onları “qoyun sürüsü” adlandırıb.

Bütün bunların videoya çəkildiyi, lakin şirkət rəhbərliyinin bu videonun internetə çıxmayacağına dair işçilərdən iltizam aldığı bildirilir.

Partiyanın bu barədə bəyanatında ölkə hüquq-mühafizə orqanlarının bu vəziyyətə diqqətsizliyi pislənir.

Ədalət Partiyasının mətbuat xidmətindən AzadlıqRadiosunun Özbək xidmətinə deyiblər ki, sözü gedən rusiyalı əməkdaş “insanların ləyaqətini alçaldıb”.

Partiyanın bəyanatında həmin şəxsə qarşı cinayət və ya inzibati araşdırmanın açılması tələb olunur.

Bəyanatda deyilir ki, Lukoil şirkətinin Qaşqadərya vilayətindəki “Carkuduk” qaz-kompressor idarəsinin baş energetiki Ivan Shilov-un hərəkətləri Özbəkistan konstitusiyasının 13-cü masddəsinə ziddir.

Sözü gedən video noyabrın 14-də ortaya çıxıb. Bu videoada Shilov tam iki dəqiqə ərzində özbək fəhlələri burada yazılması mümkün olmayan sözlərlə təhqir edir və onları “qoyun sürüsü” adlandırır.

Bu da xəbər verilir ki, Shilov 2 dəqiqə ərzində 20 dəfədən çox ana söyüşü işlədib.

Lukoil şirkətinin yerli özbək işçilərindən biri AzadlıqRadiosuna deyib ki, bu şirkətdə rus dilini bilməyən yerli işçilərin alçaldılması və təhqir olunması adi haldır.

Lukoil Özbəkistanda hasilatın pay bölgüsü prinsipi ilə Kandım-Xauzak-Şadı-Kunqrad”, “Cənub-Qərbi Gissar” və “Aral” layihələrində iştirak edir.

Onun bu layihələr üzrə strateji partnyoru Özbəkistanın dövlət Uzbeknefteqaz Holding şirkətidir.

XS
SM
MD
LG