Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:20

Suriyaya turist kimi gedənlər var – Qərb mediası


Palmiranın dağıdılmış Milli Muzeyi
Palmiranın dağıdılmış Milli Muzeyi

Rusiyanın tur-operatorları cəsur səyahətçiləri hökumətin xəbərdarlığına məhəl qoymayaraq Suriyaya turist səfəri etməyə həvəsləndirir. Bu haqda “Newsweek” dərgisi yazır.

Artıq səkkiz ildir Suriyada müharibə gedir. Bu ölkəyə təkbaşına səyahət etmək fikrinə düşənləri geri qaytarırlar. Ancaq qrup halında səyahətə hazır olanlara azı iki şirkət turlar təklif edir.

“Kommersant” qəzeti indiyədək bu cür səfərlərə tələbin aşağı olduğunu yazır. Bir şirkətdən qəzetə deyiblər ki, bu il Suriyaya cəmi-cümlətanı 50 turist apara bilib.

Ancaq turistlərin və bloqerlərin Suriyaya qayıdacağına ümid ölməyib. Axı, 2010-cu ildə bu ölkəni 8 milyondan artıq turist ziyarət etmişdi. Dünyanın ən qədim şəhərlərindən sayılan Suriyada UNESCO-nun mədəni irs siyahına düşən məkanlar az deyil.

8 günlük tur maksimum 2 min dollara başa gəlir

“Kilimanjaro” səyahət şirkəti 8 günlük tur təklif edir. Səyahət Livanın paytaxtı Beyrutdan başlanır və magistral yolla Dəməşqə istiqamətlənir. Suriyada Hələb, Palmira, Krak de Şevalye qəsrinə ziyarət də paketə daxildir. Uçuş nəzərdə tutulmayan tur 1600-1950 dollara başa gəlir, sərhəddə vizaya görə isə 35 dollar ödənir.

Yaxın Şərq üzrə ekspert Georgy Leontyev ölkədə xidmətlər üçün ödəniş edilməsində çətinliklər yaşandığını vurğulayıb, axı, xarici pulla transferlərə moratorium qoyulub. Üstəlik, Palmira kimi yerlərə ziyarət üçün icazə alınmalıdır.

“Uyğun hakimiyyət orqanlarından xüsusi icazəni 3-4 Suriya şirkəti ala bilir”, – o, “Kommersant”a deyib.

Rusiya Suriya münaqişəsində Prezident Bashar al-Assad-ı dəstəkləyib. Dəməşqlə Moskva arasında güclü əlaqələr qurulub. Ancaq yenə də Rusiyanın federal turizm agentliyi vətəndaşlarına xəbərdarlıq edir ki, “Suriyada durum normallaşanadək bu ölkəyə turizm məqsədilə səyahətdən çəkinsinlər”.

Hökumət həmçinin səyahət agentlərindən Suriyayla bağlı turizm məhsullarının, turizm xidmətlərinin reklamı və satışını dayandırmağı xahiş edib.

XS
SM
MD
LG