Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

İranda hökumət fraksiyalarının kibermüharibəsi


İranda polis etirazçıları dağıtmağa çalışır
İranda polis etirazçıları dağıtmağa çalışır

İranda ötən həftə yanacağın bahalanmasından sonra başlanan kütləvi etirazları və hakimiyyətin internetə çıxışı məhdudlaşdırmasını dünya ictimaiyyəti narahatlıqla izləyir.

Son etirazlardan sosial mediaya az sayda video-foto təsvirlər sızıb. “National Interest” dərgisində Matthew Petti yazır ki, etirazçılar və hökumətdaxili fraksiyalar paralel iki cəbhədə savaşırlar: küçələrə nəzarət və kiberməkanda dominantlıq uğrunda.

Khamenei yaxasını kənara çəkir

“Amnesty International” təşkilatı etirazlarda 106 nəfərin öldüyünü bildirir. Hökumətsə beş təhlükəsizlik əməkdaşının öldürüldüyünü qeyd edir.

Hakimiyyət etirazçılara divan tutduqca özünü hüquq və asayiş qalası kimi qələmə verir. Yarırəsmi Mehr xəbər agentliyi yanğın və talan kadrlarını kədərli musiqi fonunda verib, “iğtişaş yanğınları” zamanı 2 trilyon tüməndən çox maddi ziyan dəydiyini vurğulayıb. Bu, 625 milyard dollar deməkdir. Ancaq müəllif bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün olmadığını yazır.

Məqalədə iğtişaşların yoxsul kənd yerlərində daha güclü olduğu vurğulanır, qərbdə Kürdüstan cənubda Əhvaza qədər uzandığı qeyd edilir. Bəzi şəhərlərdə əsasən farslar məskunlaşsa da, digərlərində etnik azlıqlar olan kürdlər və ərəblər yaşayırlar. İranda kürdlərin və ərəblərin müstəqilliyi həssas məsələ sayılır.

“Bu durumdan ən çox faydalanan fraksiya sərt-xətt tərəfdarı mühafizəkarlar ola bilər. Onlar Prezident Hassan Rouhani və parlamentin spikeri, mötədil mühafizəkar Ali Larijani-nin impiçment olunmsına. Ali dini lideri ayətulla Ali Khamenei isə özünü qiymət artımından kənar tutub”, – məqalədə deyilir.

Sərt xətt tərəfdarları islahatçılara qarşı

“Diqqətçəkən məqam odur ki, qiymət artımı elan olunanda İnqilab Keşikçiləri Korpusuna bağlı sosial media kanalları yolda maşınlarını tərk edən adamları çox göstərirdi. Bu da belə bir spekulyasiyaya yol açdı ki, mühafizəkarlar etirazları qızışdıraraq mötədil və islahatçı rəqiblərini zəiflətməyə çalışırlar”, – təhlilçi Sina Toosi dərgiyə deyib.

Sözügedən qüvvələr Khamenei-yə, sərt-xətt tərəfdaşı mühafizəkarlara və İranda “dərin dövlət”ə bağlıdır.

Müəllif Rouhani-nin islahatçılar və mötədil mühafizəkarlardan ibarət koalisiyasının 2020-ci ilin fevralına planlaşdırılan parlament seçkisi öncəsi dalana dirəndiyini vurğulayır. 2016-cı ildə sonuncu seçkidən sonra Rouhani bir sıra siyasi fəlakətlər yaşayıb.

Əvvəla, 2017-ci ilin dekabrında ölkəni etirazlar bürüdü. İlkin olaraq mühafizəkarların himayə etdiyi kimi görünən bu aksiyalar sonradan bütöv sistemə təhdid yaratdı. Daha sonra 2018-ci ildə ABŞ Prezidenti Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxdı, İran iqtisadiyyatını dağıtmağı hədəfləyən “maksimum təzyiq” kampaniyasına başladı.

“Vəziyyət daha da pisləşsə, bir çox əlamətlərə görə, Rouhani, Larijani və rejimin digər mötədil və islahatçı elementlərinin qurban veriləcəyinin əlamətləri var. Elə İranın sərt xətt tərəfdarlarının dominantlıq etdiyi dərin dövlətin məqsədi də bu ola bilər”, – Toossi vurğulayıb.

XS
SM
MD
LG