Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

İraq Nəcəfdəki İran konsulluğunun yandırılmasını pisləyir


Nəcəfdəki İran konsulluğunun binası yandırılıb
Nəcəfdəki İran konsulluğunun binası yandırılıb

İraqın Xarici İşlər Nazirliyi ölkənin cənubundakı Nəcəf şəhərində İran konsulluğunun yandırılmasını pisləyib.

Nazirlik bildirib ki, ötən gün diplomatik binaya hücumun “məqsədi İraqın İran və digər ölkələrlə tarixi münasibətlərinə zərbə vurmaqdır”.

“İraqdakı diplomatik missiyalara yüksək hörmət və dəyərlə yanaşılır”, – bəyanatda vurğulanır.

Bəzi məlumatlara görə, təhlükəsizlik qüvvələri etirazçıları gözyaşardıcı qaz və atəş açmaqla dağıdıb.

Bu ayın əvvəlində İranın Kərbəla şəhərindəki konsulluğu da etirazçıların hücumuna məruz qalmışdı. Ərazini qoruyan təhlükəsizlik qüvvələri dörd nümayişçini güllələyərək öldürmüşdü.

***

İraqda etirazçılar ölkənin cənubundakı Nəcəf şəhərində İran konsulluğuna od vurublar.

Etirazçılar konsulluğa noyabrın 27-də axşam saatlarında hücum ediblər.

Polis və mülki müdafiə rəsmiləri bildirirlər ki, bina tamamilə yandırılıb.

Bu da xəbər verilir ki, konsulluğun əməkdaşları hələ bu hücumdan əvvəl evakuasiya edilmişdilər.

Dövlət mediasının verdiyi xəbərlərdə deyilir ki, hakimiyyət orqanları baş vermiş insidentin ardınca kommendant saatı elan edib.

Bundan iki ay əvvəl bütün İraq boyunca korrupsiyaya və yarıtmaz idarəetməyə qarşı kütləvi etiraz aksiyaları başlanıb.

Nümayişçilər Bağdaddakı hökumətin devrilməsini və İran da daxil xarici qüvvələrdən asılı olan zümrənin hakimiyyətdən getməsini tələb edirlər.

Tehran tərəfindən dəstəklənən siyasi partiyaların və silahlı qruplaşmaların hakimiyyəti altında olan İraq qonşu İran kimi əhalinin şiə çoxluğuna malikdir.

İraqda antihökumət nümayişləri başlanandan bəri 340 nəfər həlak olub.

XS
SM
MD
LG