Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:46

Amnesty International İranda azı 208 nəfərin öldürüldüyünü bildirir


Moyabrın 16-da Urmiyyə şəhərində keçirilən etiraz aksiyası
Moyabrın 16-da Urmiyyə şəhərində keçirilən etiraz aksiyası

Amnesty International beynəlxalq insan haqları təşkilatı dekabrın 2-də bildirib ki, ötən ay İranın 100-dən çox şəhərini bürümüş etiraz aksiyalarında azı 208 nəfərin öldüyü təxmin edilir.

Londonda mənzillənmiş təşkilat deyir ki, etibarlı mənbələrdən alınmış məlumatlar İranda noyabrın 15-də başlanmış etiraz aksiyaları zamanı azı 208 nəfərin öldüyünü göstərir.

Amnesty bildirir ki, ölənlərin real sayı bundan qat-qat çox ola bilər.

Etirazlar noyabrın 15-də hökumət yanacaq qiymətlərini artırdığını elan edəndən sonra başlanmışdı.

İran hökuməti bunun ardınca ölkə internetinə bağlantını tamamilə bloklamışdı.

Amnesty bildirir ki, ölüm halları ən çox Şəhriyar şəhərində qeydə alınıb.

Təşkilat İran etirazlarında ölənlərin sayını ötən həftə azı 161 nəfər olaraq göstərmişdi.

Amnesty International təşkilatının Yaxın Şərq direktoru Philip Luther deyib ki, son məlumatlar İran təhlükəsizlik qüvvələrinin dəhşətli qətliam törətdiklərini nümayiş etdirir.

Təşkilat ölüm halları üçün məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib:

“Amnesty International təşkilatının Rəqəmsal Dəqiqləşdirmə Şöbəsi çox sayda foto və video materialların təhlilini keçirib”.

Amnesty əlavə edib ki, toplanmış materiallara əsasən “qurbanların ailələrinə media ilə danışmaq və ölənlər üçün yas mərasimləri saxlamaq qadağan edilib”.

Bu da qeyd olunur ki, bəzi ailələr doğmalarının meyitlərini almaq üçün hökumət məmurlarına pul verməli olurlar.

XS
SM
MD
LG