Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Elinanın nənəsi: 'Onun həbs olunmasını istəyirik'


Gənc fəallar «Elinaya ədalət!» şüarını səsləndirməklə etirazlarını ifadə ediblər.
Gənc fəallar «Elinaya ədalət!» şüarını səsləndirməklə etirazlarını ifadə ediblər.

162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar hökmdən apellyasiya şikayəti verilsə də, məhkəmə araşdırması aparılmayacaq. Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar elan olunub.

Həm Elinanın anası Sevil Hüseynova, həm də məktəbin keçmiş direktoru Sevinc Abbasova hökmdən apellyasiya şikayəti verib. Zərərçəkmiş tərəf direktora verilən cəzanın ağırlaşdırılmasını, onun həbsini tələb edir.


S.Abbasova isə heç ona verilən azadlığın məhdudlaşdırılması (elektron qolbaqla hərəkət etmə, gecə 23.00-dan səhər 07.00-a qədər evdən çıxmamaq) cəzasıyla da razı deyil. O, məktəblinin ölümündə günahı olmadığını deyir və bəraət istəyir.

Onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Dekabrın 20-də məhkəmənin hazırlıq iclasında Elinanın anasının vəkilləri şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılmasını istəyiblər. Amma məhkəmə bu vəsatəti təmin etməyib.

Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.

S.Əsgərova
S.Əsgərova

«Onun həbsini istəyirik»

Prosesdən sonra gənc fəallar məhkəmənin binası qarşısında etiraz aksiyası keçiriblər. Özəlliklə sabiq direktor məhkəmə binasından çıxarkən gənc fəallar «Elinaya ədalət!» şüarını səsləndirməklə etirazlarını ifadə ediblər.

E.Hacıyevanın nənəsi Solmaz Əsgərova AzadlıqRadiosuna deyib ki, S.Abbasovaya həbs cəzası verilməsində israrlıdırlar:


«Bu adam bir uşağın ölümünə səbəb olub, mütləq layiqli cəzasını almalıdır. Onun həbsini istəyirik. Səbail rayon Məhkəməsində də günahı sübut olunub. Haqq-ədalətin öz yerini tapacağına ümid edirik».

S.Abbasova özü məhkəmədən çıxarkən sualları cavablandırmaqdan imtina edib.

Vəkili Sadiq Bağırov bildirib ki, onlar ittihamların sübuta yetirilmədiyini hesab edir, buna görə də bəraət istəyirlər.

S.Abbasova özü məhkəmədən çıxarkən sualları cavablandırmaqdan imtina edib
S.Abbasova özü məhkəmədən çıxarkən sualları cavablandırmaqdan imtina edib

Zərərçəkmiş tərəfin vəkili Azər Nağıyev AzadlıqRadiosuna deyib ki, məhkəmə istintaqı aparılmasını özəlliklə ekspertlərə görə istəyirdilər: «Biz birinci instansiya məhkəməsində də tibbi rəy verən ekspertlərin dindirilməsi barədə vəsatət qaldırmışdıq. Təəssüf ki, təmin olunmadı. Biz ekspertlərin, heç olmasa, apellyasiya məhkəməsində dindirilməsini istəyirdik. Təəssüf ki, bizi dinləmədən şikayətə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verildi».

Səbail rayon Məhkəməsinin hökmü ilə S.Abbasovaya onun ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla, 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaqla gəzmək) cəzası verilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.

Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü
Gözlə

No media source currently available

0:00 0:08:39 0:00

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Məktəbin direktoru S.Abbasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunub. İstintaq və məhkəmə dövrü üçün onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib.

İstintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib.

XS
SM
MD
LG