Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:22

Bələdiyyə seçkilərinə ilkin rəylər belədir...


Bələdiyyə seçkilərində 'karusel' iddiaları
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Bələdiyyə seçkilərində 'karusel' iddiaları

2019-cu il dekabrın 23-də Azərbaycanda yerli idarəetmə institutu sayılan bələdiyyələrə seçkilər keçirildi. Artıq bu seçki prosesi ilə bağlı da müxtəlif rəylər açıqlanmaqdadır.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna deyib ki, bu bələdiyyə seçkilərində müsbətə doğru yeni hər hansı hal müşahidə edilməyib. Onun sözlərinə görə, əvvəlki seçkilərdə olduğu kimi, yenə də namizədlərin qeydə alınmasından tutmuş, protokolların hazırlanmasına kimi saxtakarlıqlar davam edib:

B.Süleymanlı
B.Süleymanlı

«Parlament seçkiləri ilə bağlı müsbət mesajlar veriləcəyi gözləntisi var idi»

«Yenə də qutulara top-topa bülletenlərin salınması, bir nəfərin bir neçə məntəqədə səs verməsi, rayonlardan insanların kütləvi halda Bakıda səsverməyə cəlb edilmələri baş verdi. Bu seçkilərin daha bir özəlliyi o oldu ki, müəllimlər valideynləri aidiyyəti olmadığı dairələrdə səsvermə üçün «karusel» ( ayrı-ayrı təlimatlandırılmış şəxslərin bir neçə məntəqədə səs verməsi) əməliyyatına cəlb ediblər və bu da kütləvi hal alıb. Bununla bağlı xeyli sayda faktlar aşkarlanıb. Bu və digər neqativ hallar seçkilərin gerçək nəticələrini göstərməyə imkan vermir...».

B.Süleymanlı əlavə edib ki, bu seçkilərdə növbədənkənar parlament seçkiləri ilə bağlı müsbət mesajlar veriləcəyi gözləntisi var idi, amma təəssüf ki, müsbət mesajlar olmayıb.

Bələdiyyə seçkisində iştirak etdinizmi? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

«Bütün mərhələlər üzrə...»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) də bələdiyyə seçkiləri ilə bağlı özünün ilkin rəyini açıqlayıb. Sənədə görə, bütün mərhələlərdə qanun pozuntuları müşahidə edilib.

SMDT hesab edir ki, seçkilər siyasi azadlıqların kəskin məhdudlaşdırıldığı, həqiqi rəqabət imkanlarının çatışmadığı, səsvermə və səslərin sayılması qaydalarının kütləvi şəkildə pozulduğu bir şəraitdə keçirilib. «Bununla da bələdiyyə seçkiləri... Azərbaycan vətəndaşlarının gerçək və azad iradəsini ifadə etməyib», -qurumun yaydığı sənəddə yazılıb.

M.Zülfüqarlı
M.Zülfüqarlı

AVCİYA: Seçki ədalətli və şəffaf keçirilib...

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da deyib ki, artıq onlar da bələdiyyə seçkilərinin nəticələri ilə bağlı ilkin rəylərini açıqlayıblar: «İlkin rəyə görə, seçkiqabağı mühit və seçki qanunvericiliyi demokratik seçki keçirməyə imkan verib. Biz müşahidə apardığımız bəzi məntəqələrdə protokolların surətlərinin AVCİYA-dan olan müşahidəçilərə verilməməsi, onların məntəqələrdən vaxtından tez çıxarılmasına cəhd kimi pozuntular olub, amma bunlar aradan qaldırılıb. Ona görə də belə cüzi nöqsanlar olmasına baxmayaraq, rəydə bildirdik ki, seçki ədalətli və şəffaf keçirilib. Elə bir ciddi qanun pozuntuları qeydə alınmayıb. Ona görə də seçki baş tutmuş sayılır».

M.Pənahov
M.Pənahov

MSK sədri: «Sosial şəbəkələrdəki görüntülər araşdırılacaq»

«Biz dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı daxil olan və sosial şəbəkələrdə paylaşılan görüntüləri araşdıracağıq».

Bunu isə Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 24-də keçirilən iclasında həmin qurumun sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, həmin müraciət və görüntülərlə bağlı Seçki Məcəlləsinə uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək. «Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər», - o vurğulayıb.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.

XS
SM
MD
LG