Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:22

Rusiyanın ən varlıları bu il 51 milyard dollar qazanıblar


İnfoqrafika arxivdəndindir
İnfoqrafika arxivdəndindir

Bu il Rusiyanın zəngin adamlarının sərvəti 21 faiz, yaxud 51 milyard dollar artıb. “Bloomberg” ən varlı 500 milyarderin indeksini açıqlayıb.

Agentlik bu artımı “yeni yaranan bazarların valyuta, səhm və istiqrazlar formasında aktivlərinin” dəyərində sıçrayışla əlaqələndirir. Bir il qabaq isə böyük itkilər yaşanmışdı.

Ən varlıların indeksində 23 rusiyalının adı sadalanır. Onların içində bircə sərvəti 9,6 milyard dollar olan Dmitry Rybolovlyev bu il 438 milyon dollar itirib.

Rybolovlyev sərvətinin əsas hissəsini on il qabaq Rusiyanın kalium gübrələri istehsalçısını 6,5 milyard dollara satmaqdan əldə edib. O, Rusiyanın Perm Tibb İnstitutunda tibb üzrə təhsil olub, 1990-cı ildə alim atasıyla birlikdə bizneslə məşğul olmağa başlayıb.

Rusiyanın qonşusu Ukraynadan siyahıya təkcə sənayeçi Rinat Akhmetov düşüb, onun sərvəti 812 milyon dollar artaraq 6 milyard dolları keçib.

Birləşmiş Ştatlardan milyarder siyahısında 172 nəfərin adı var, bu il onların sərvəti 500 milyard dollar artıb.

ABŞ vətəndaşlarının 0,1 faizi ən varlılar qrupuna daxildir və 1929-cu ildən əri ilk dəfədir ki, ölkə iqtisadiyyatına ən böyük paya sahibdirlər.

Həyat yoldaşından ayrılmasına baxmayaraq, elektron ticarət maqnatı Jeff Bezos hələ də dünyanın ən varlısıdır, 116 milyard dolları var.

Ümumilikdə isə dünyanın ən zəngin 500 insanının sərvəti bu il 25 faiz artaraq 5,9 trilyon dollara çatıb.

XS
SM
MD
LG