Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 14:13

ABŞ İraq və Suriyada İrana bağlı hədəfləri vurub


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar dekabrın 29-da bildirib ki, İraq və Suriyada beş hədəfə “dəqiq müdafiə zərbələri” endirilib. Hədəflərə İrana bağlı İraq şiə qruplaşmasının nəzarət etdiyi bildirilir.

Pentaqonun məlumatına görə, hədəflərdən üçü İraqda, ikisi Suriyada yerləşib.

İraqa məxsus hərbi və təhlükəsizlik mənbələri bildirir ki, dekabrın 29-da üç zərbədə azı 18 yaraqlı öldürülüb, 50-dən çox adam yaralanıb. Məlumatı “Reuters” yayıb.

ABŞ-ın Müdafiə naziri Mark Esper həmin gün deyib ki, hücuma F-15 “Strike Eagle” qırıcıları cəlb olunub. O, zərbələrin “Kata'ib Hezbollah” qruplaşmasına məxsus hədəflərə endirildiyini, “uğurlu olduğunu” vurğulayıb.

Müdafiə nazirinin köməkçisi Jonathan Hoffman-ın adından Pentaqonun səhifəsində yerləşdirilmiş bəyanatda deyilir ki, zərbələr “Kata'ib Hizbollah-ın koalisiya qüvvələrinə gələcəkdə hücum etmək qabiliyyətini azaldacaq”.

Dövlət katibi Mike Pompeo isə Prezident Donald Trump-a hava zərbələri haqda bilgi verildiyini qeyd edib.

ABŞ Müdafiə Departamenti İranın sponsorluq etdiyi bu qruplaşmanı Kərkük yaxınlığındakı İraq bazasına 30-dan artıq raket zərbəsi və digər hücumlarda ittiham edirdi. Həmin raket zərbəsində bir ABŞ vətəndaşı öldürülüb, dörd ABŞ hərbçisi və İraq Təhlükəsizlik Qüvvələrinin iki üzvü yaralanmışdı.

Pompeo yanvarda deyirdi ki, İraqda 5 min ABŞ əsgəri var.

Suriyada isə minədək ABŞ hərbçisinin olduğu bildirilir.

XS
SM
MD
LG