Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:06

Rusiyayla Ukrayna beş illik qaz tranziti sazişi əldə ediblər


Siyasi karikatura
Siyasi karikatura

Rusiya və Ukrayna Rusiya təbii qazının Avropaya nəqli üzrə beş illik, 7 milyard dollarlıq saziş əldə ediblər. Əvvəlki sazişin müddəti bu gün – dekabrın 31-də bitirdi.

Vyanada sazişin əldə olunmasını Rusiya və Ukraynanın dövlət qaz şirkətləri, eləcə də Ukrayna Prezidenti Volodymyr Zelenskiy dekabrın 30-da sosial media postunda təsdiqləyib.

Saziş yenilənməsəydi, qışın ortasında Rusiyadan milyardlarla kubmetr qazın Ukrayna ərazisindən Avropaya çatdırılmasında problem yaranacaqdı.

Rusiyanın hər il Avropaya göndərdiyi 200 milyard kubmetr qazın 40 faizə qədəri Ukraynanın nəhəng kəmərlər şəbəkəsi ilə nəql olunur.

İki qonşu ölkənin enerji sahəsindəki əlaqələri daha böyük geosiyasi gərginliyin tərkib hissəsidir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, bu ölkənin şərqində separatçılara dəstək verməyə başlayıb.

Yeni kontrakta uyğun olaraq, Kiyev gələn ildən minimum 65 milyard kubmetr qaz nəql edəcək. Bu, ötən ildəkindən 22 milyard kubmetr azdır. 2021-2024-cü illərdə isə minimum həcm 40 milyard kubmetrədək düşəcək.

“Ya qaz vur, ya da ödə”

Yeni sazişdə “ya qaz vur, ya da ödə” maddəsi də var. Bu maddəyə görə, Rusiya Ukrayna ərazisindən kontraktda nəzərdə tutulmuş qazı nəql etməsə, minimum qaz nəqli üçün ödənişi etməlidir. Bunu Naftogaz-ın icraçı direktoru Yuriy Vitrenko Facebook-da yazıb.

Vitrenko əlavə edib ki, minimum həcmdən əlavə üçün tranzit haqqı “əsaslı şəkildə artacaq”.

Rusiya Ukraynaya qaz təchizatını iki dəfə – 2006 və 2009-cu illərdə kəsib, evlər, şirkətlər, qərbdə yerləşən ölkələr soyuqda qalıb.

Bu arada Rusiya Almaniyaya qaz nəqli üçün nəzərdə tutulmuş Şimal Axını-2 kəmərini tamamlamaq üzrədir və Ukraynanın Avropaya əsas qaz nəql edən ölkə roluna təhlükə yaranır.

2 min 460 kim-lik Şimal axını-2 layihəsinin tamamlanmasına 10 faiz qalıb.

Bu arada ABŞ-ın dekabrın əvvəlində tətbiq etdiyi sanksiyalara görə ŞimalAxını 2 layihəsinin əsas podratçısı boru düzümünü dayandırmağı qərara alıb. Bu barədə məlumatı İsveçrənin Allseas şirkəti Rusiyanın RIA Novosti xəbər agentliyinə verib.

Bu kəmər çəkilişinin tam başa çatdırılması üçün cəmi 160 kilometrlik məsafədə borular düzülməli idi.

XS
SM
MD
LG