Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:23

Netanyahu toxunulmazlıq istəyir


Benjamin Netanyahu
Benjamin Netanyahu

İsrailin Baş naziri Benjamin Netanyahu bəyan edib ki, ölkə parlamentinə (Knesset) müraciət edərək üç cinayət işi üzrə ona toxunulmazlıq verilməsini istəyəcək. Bu, cinayət təqibi prosesinin başlanmasını bir neçə ay ərzində yubada bilər.

Baş nazir bunu uyğun xahişi vermək üçün qoyulmuş tarixin bitməsinə bir neçə saat qalmış açıqlayıb.

Noyabrda prokurorluq Netanyahunu rüşvətxorluqda, dələduzluqda, etimaddan sui-istifadədə ittiham edib. İttihamnaməyə görə, baş nazir yüzmilyonlarla dollarlıq dövlət imtiyazını ölkənin media-maqnatlarına ayırıb, əvəzində hədiyyələr əldə edib, öz fəaliyyəti haqda loyal işıqlandırmaya nail olub.

Netanyahu ittihamları rədd edir.

Hazırda İsraildə siyasi böhran yaşanır. Dekabrda Knesset özünü buraxıb, çünki hökuməti formalaşdırmaq cəhdləri boşa çıxıb.

Ölkədə martın 2-nə yeni parlament seçkiləri planlaşdırılıb.

Dekabrın sonunda isə Netanyahu Likud partiyasında seçkini udub. Beləliklə, seçkidə partiyaya özü başçılıq edəcək.

XS
SM
MD
LG