Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

Rusiyalı hakerlər Biden-lərlə bağlı olmuş şirkətin serverlərini sındırıblar


Joe Biden və oğlu Hunter 5 dekabr, 2013
Joe Biden və oğlu Hunter 5 dekabr, 2013

Rusiyalı hakerlər, ABŞ-ın keçmiş vitse-prezidenti Joe Bidenin oğlu Hunter Biden-in vaxtı ilə işlədiyi Ukrayna qaz holdinqinin serverlərini sındırıblar.

Bunu The New York Times qəzeti şirkətdəki mənbələrə istinadla yazır.

Söhbət “Birisma” şirkətindən gedir.

Bu şirkətin adı, ABŞ prezidenti Donald Trump-ın impicment məsələsi ilə bağlı işdə hallanır.

ABŞ-ın Nümayəndəlr palatası dekabrın 18-də Trump-a qarşı impicment məsələsi qaldırılmasına səs verib.

İttihama əsasən Donald Trump, Kiyevdən siyasi rəqibi olan Joe Biden və onun oğlunun fəaliyyəti ilə bağlı istintaq aparılmasını istəyib.

Donald Trump, iyulun sonlarında bununla bağlı Ukrayna prezidenti Vladimir Zelensky ilə telefon söhbəti apardığını etiraf eləsə də Kiyevə heç bir təzyiq göstərmədiyini bildirib.Onun sözlərinə görə burda söhbət, korrupsiya ilə mübarizədən gedir

Joe Hunter 2014-2019-cu illərdə “Bursima” qaz şirkətinin direktorlar şurasının üzvü olub.

Nəşrin yazdığına görə şirkətin internet şəbəkəsinə hücum noyabrdan başlayıb və hakerlərin məhz nəyi axtardığı tam bəlli deyil.

Amma hücumun vaxtı və istiqaməti, hakerlərin Biden-in oğlu barədə kompromat axtardıqlarını güman etməyə əsas verir.

The New York Times yazır ki, bunun arxasında Rusiyanın hərbi kəşfiyyatı durur.

Qeyd edək ki, ABŞ 2018-ci ilin avqustundaRusiya hərbi kəşfiyyatının hakerlikdə şübhəli bilinən 12 üzvünə qarşı sanksiya tətbiq edib.

Onlar ABŞ-dakı seçkilərə müdaxilə etməkdə ittiham olunurlar.

ABŞ-ın maliyyə nazirliyi isə dekabrın əvvəllərində 17 fiziki şəxs, o cümlədən 12 Rusiya vətəndaşı,6 Rusiya şirkəti və Evil Corp haker qrupuna qarşı sanksiyalar tətbiq elədi.

OnlarABŞ-da daxil olmaqla 40 dünya ölkəsindəki bank və təşkilatlardan 100 milyonlarla dollar oğurlamaqda və kiber sahəsində digər cinayətlər törətməkdə ittiham olunurlar.

Moskva isə kiberhücmalrda əli olmadığını iddia edir.

XS
SM
MD
LG