Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:40

İranın sərnişin təyyarəsini iki Rusiya raketi ilə vurduğu iddia edilir


Sərnişin təyyarəsində həlak olanların xatirəsi yad edilir
Sərnişin təyyarəsində həlak olanların xatirəsi yad edilir

The New York Times qəzeti yazır ki, Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin sərnişin təyyarəsi yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra iki raketlə vurulub.

Qəzet yazır ki, bunu yanvarın 14-də sosial mediada paylaşılmış video göstərir.

Videonun etibarlığını The New York Times qəzetinin təhqiqat jurnalistləri təsdiq ediblər.

Viseodan görünür ki, təyyarəyə 30 saniyə fasiləsi ilə iki raket atılıb və hər ikisi hədəfə dəyib.

Təyyarə dağılmasa da alışıb və heyət idarəetməni itirib.

Təyyarə bir neçə dəqiqədən sonra yerə düşüb və göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

Rusiya istehsallı raket

Xəbər verilir ki, bu video İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi bazasının yerləşdiyi qəsəbədəki evlərdən birinin damından çəkilib.

İran hərbiyyəsi sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Ekspertlər bildirirlər ki, hava müdafiəsi qüvvələri sərnişin təyyarəsini qanadlı raketlə səhv salıblar.

İran hərbçiləri bundan əvvəl İraqdakı Amerika bazalarına zərbə endirmişdilər və həmin dəqiqələrdə ABŞ-ın cavab zərbələrini gözləyirdilər.

Bu da qeyd olunur ki, raketlər Rusiya istehsallı Tor zenit-raket kompleksindən atılıb.

Nəriman Qərib

Bu arada İranın FARS xəbər agentliyi raketin təyyarəni vurduğunu göstərən ilk videonun müəllifi artıq həbs edilib.

AzadlıqRadiosunun Rus xidməti vurğulayır ki, bu video internetdə hələ Tehran təyyarəni vurduğunu etiraf edəndən əvvəl yayılmışdı.

Bu videonu ilk dəfə yaymış siyasi fəal Nəriman Qərib yazır ki, onu İrandan göndərən mənbə təhlükəsizlikdədir və İran hakimiyyət orqanları kimisə səhvən həbs edib.

XS
SM
MD
LG