Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:48

Putini koronavirusdan qoruyurlar


Putin: “Qripə yoluxmaq özünü güllələmək kimidir"
Putin: “Qripə yoluxmaq özünü güllələmək kimidir"

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Kreml Rusiya prezidenti Vladimir Putinin olduğu tədbirlərdə iştirakçıların yoxlanması prosedurunu sərtləşdirib.

Bu məqsədlə tədbirə gələnlərin bədən temperaturunu məsafədən ölçən cihazlardan – “teplovizorlardan” istifadə olunur.

Bu barədə “Dojd” telekanalının prezident administrasiyasının akreditasiyasında olan müxbiri Anton Jelnov özünün Facebook səhifəsində yazır:

Putinin mətbuat katibi Dmitry Peskov ehtiyat tədbirlərinin koronavirus təhlükəsi ilə bağlı həyata keçirilməsini “Vedomosti” qəzetinə təsdiq edib.

Sözçü deyib ki, belə tədbirlərdə iştirak edənlərin hamısı yoxlanır. “Vedomosti” qəzetinin müxbiri özünün də yoxlandığını bildirib.

Özünü güllələmək

Noyabr ayında TASS xəbər verirdi ki, Rusiya prezidenti hökumət üzvlərinə qripdən peyvənd olunmalarını tapşırıb.

O vaxt Putin bildirmişdi:

“Qripə yoluxmaq özünü güllələmək kimidir. Necə? Qoruna bilərdin, amma qorunmamısan”.

Rusiya prezidentinin işçi görüşlərinin keçmiş iki iştirakçısı AzadlıqRadiosuna bildirib ki, Putin məmurların iclaslara qripli gəlməsinə icazə vermir.

Dekabrın sonlarında Çinin Vuhan şəhərində koronavirusun yeni tipinin epidemiyası başlanıb.

Bu virus bəzi hallarda ölümcül pnevmoniyaya səbəb olur.

İndiyədək bu virusa yoluxan 28000 nəfərdən 565-i dünyasını dəyişib.

Ölənlərin 80 faizini yaşı 60-ı keçənlər təşkil edir. Vladimir Putinin 67 yaşı var.

XS
SM
MD
LG