Almaniyanın Kansleri Angela Merkel deyir ki, dəlillər ötən gecəki atışmanın irqçilik “zəhər”indən qaynaqlandığını göstərir.
Fevralın 20-də hadisədən bir neçə saat sonra Berlində çıxış edən Merkel deyib ki, hökuməti Almaniyanı parçalamağa çalışanlara qarşı dayanmaqdan ötrü “bütün gücünü işə salacaq”.
Təhqiqatçılar da azı 10 nəfərin öldürüldüyü iki insidentə “ksenofobik motiv”lə törədilmiş “terror hücumu” kimi yanaşdıqlarını bildiriblər.
Hanauda qəlyan barı və kafeyə hücumda şübhəli bilinən şəxsin şəhərdə bir mənzildə ölü tapıldığı xəbər verilir. Polis həmin ünvanda başqa bir nəfərin də cəsədinin aşkarlandığımı bildirir.
“The Associated Press” Almaniyanın təhlükəsizlik rəsmilərinə istinadla yazır ki, şübhəlinin “ifrat-sağçı” motivi olub.
Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın sözçüsü isə öldürülənlər arasında Türkiyə vətəndaşlarının da olduğunu bildirib.
Ibrahim Kalin deyib ki, Ankara Almaniya hakimiyyətinin qətllərlə bağlı durumu aydınlaşdırmaq üçün “maksimum səy” göstərəcəyini gözləyir.
***
Almaniyada atışmada azı 8 nəfər öldürülüb
Almaniya polisi Frankfurt yaxınlığındakı Hanau şəhərində iki ayrı-ayrı atışmada səkkiz nəfər öldürülüb. Təhlükəsizlik qüvvələri hadisə yerindən avtomobildə qaçmış şübhəlini təqib edirlər.
Fevralın 19-da axşam baş vermiş atışmanın motivi bəlli deyil. Silahlı polis Hanaunun mərkəzində iki küçəni bağlayıb.
Yerli media silahlıların Hanauda iki qəlyan barına atəş açdığını xəbər verir.
Polisin fevralın 20-də bildirməsinə görə, insident axşam 10-da baş verib, “bir neçə nəfər” də xəsarət alıb.
“Bild” qəzeti yazır k, silahlı əvvəlcə iki qəlyan barına, daha sonra şəhər meydanlarından birində yoldan keçənlərə atəş açmağa başlayıb.