Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:32

Trump-ın işini bəyənənlər azalmır


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump-ın işini bəyənənlərin sayı dəyişməyib, 49 faizdir. Gallup-un daha öncəki sorğusunda da eyni nəticə ortaya çıxmışdı. Üstəlik, bu göstərici yanvarda, Trump Senatda impiçment mühakiməsində bəraət almamışdan öncəki sorğudan 5 vahid yüksəkdir.

Həm yanvar, həm də fevral sorğusu rekord səviyyədə qütbləşməni üzə çıxarıb. Respublikaçılarla (93%) demokratları (6%) 87 faizlik fərq ayırır. Müstəqillərin isə 43 faizi Trump-ın işini bəyənir ki, bu da bu günədək prezidentin bu qrupda ən böyük reytinqi hesab olunur.

“Gallup” bildirir ki, Trump-ın işinin bəyənilmə reytinqinin artması amerikalıların ölkənin durumu haqda getdikcə pozitiv düşünməyə başladığı dönəmə təsadüf edir. 3-16 yanvar tarixində keçirilən sorğu zamanı ABŞ-da işlərin gedişatından məmnun olanların payı 36-dan 41 faizə yüksəlmişdi. Son sorğu isə milli məmnunluğun daha da artaraq 45 faizə çatdığını göstərir.

Dekabrda respublikaçıların 58 faizi ölkənin getdiyi istiqamətdən məmnunluğunu dilə gətirmişdi, bu gün onların sayı 80 faizə çatıb. Müstəqillərin və demokratların ölkənin durumunu dəyərləndirməsi isə son aylar dəyişməyib.

Digər göstəricilər əsasən sabit qalıb.

ABŞ-da yetkin yaşlıların 63 faizi mövcud iqtisadi şərtləri ya əla, ya da yaxşı dəyərləndirir. Cəmi 9 faizi onu pis sayır.

Amerikalılar iqtisadiyyatın pisləşmədiyini, əksinə yaxşılaşdığını düşünürlər.

Konqresin işindən amerikalıların 23 faizi razıdır, dekabrda bu göstərici 27 faiz idi.

Amerikalılar hökuməti ölkənin ən vacib problemi sayırlar, 32 faiz belə düşünür və bu, Gallup tarixində böyük göstəricilərdən sayılır. 2019-cu ilin fevralında, federal hökumətin bağlanması vaxtı hökumətdən narazılıq 35 faiz idi.

XS
SM
MD
LG