Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Trump Taliban lideri ilə ‘yaxşı söhbət’ etdiyini deyir


Molla Abdul Ghani Baradar
Molla Abdul Ghani Baradar

ABŞ prezidenti Donald Trump Əfqanıstanda 19 ildir davam edən müharibəyə son qoymalı olan sazişin imzalanmasından sonra Taliban lideri ilə telefon söhbəti edib.

Trump martın 3-də deyib:

“Mən bugün Taliban lideri ilə danışdım. Çox yaxşı söhbətimiz oldu”.

Bundan əvvəl Talibanın verdiyi bəyanatda deyilirdi ki, təşkilatın Qətərdəki nümayəndəliyinin başçısı Molla Abdul Ghani Baradar Trump-la 35 dəqiqə söhbət edib.

Bu da xəbər verilir ki, telefon söhbəti zamanı Vaşinqtonun əsas Əfqanıstan danışıqçısı Zalmay Khalilzad da Trump-ın ofisində olub.

Fevralın 29-da Qətərin paytaxtı Dohada imzalanmış sazişə görə ABŞ və müttəfiqlərin hərbi qüvvələri 14 ay müddətində Əfqanıstandan çıxarılmalıdır.

Lakin bunun baş verməsi üçün Taliban öz üzərinə götürdüyü təhlükəsizlik öhdəliklərinə ciddi əməl etməlidir.

Şərtlərdən biri də Talibanın Əfqanıstan hökuməti ilə danışıqlara girməsidir. Taliban indiyədək bundan qətiyyətlə imtina edib.

Bununla belə, şərhçilər bir sıra əsas məqamlara görə bu razılaşmanın iflasa uğraya biləcəyini deyirlər.

Məsələn Əfqanıstan prezidenti Ashraf Ghani deyib ki, o, sözü gedən razılaşmanın 5000 Taliban məhbusunun azad edilməsinə dair şərtini yerinə yetirməyə boyun olmur.

Öz növbəsində Taliban əfqanlararası danışıqlar zamanı bütün ölkədə zorakılıqlara moratorium qoyulması şərti ilə razılaşmır.

XS
SM
MD
LG