Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:59

Martın 27-dək məktəblərdə dərs olmayacaq


Azərbaycanda məltəb, arxiv foto
Azərbaycanda məltəb, arxiv foto

Azərbaycanda koronavirus təhlükəsinə görə uşaq bağçaları, orta və ali məktəblərdə tətil müddəti martın 27-dək uzadılır. Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumatda belə deyilir.

Nazirlər Kabinetinin sərəncamına əsasən koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 20-dək tədris prosesi dayandırılır. Daha sonra Azərbaycanda Novruz bayramı ilə bağlı tətil başladığı üçün məktəblilər və tələbələr daha 7 gün evdə qalacaqlar. İlk tədris günü mart ayının 27-si müəyyən edilir.

Daha öncə martın 3-dən 9-dək təhsil müəssisələrində tətil elan edilmişdi.

Azərbaycanda teatrlar, mədəniyyət ocaqları da martın 27-dək fəaliyyətini dayandırır, bayram günlərində tamaşa və şənliklər olmayacaq.

Azərbaycanda rəsmi məlumata görə koronavirusa 9 nəfər yoluxub. Onların vəziyyətinin kafi olduğu, hələlik ölüm faktının qeydə alınmadığı dey

Novruz şənlikləri olmayacaq

Kukla teatrı, Bakı, oktyabr 2016
Kukla teatrı, Bakı, oktyabr 2016

Koronavirusa yoluxma təhlükəsinə görə paytaxt Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək. Bu barədə Mədəniyyət Nazirliyindən bidiriblər.

Mədəniyyət naziri Əbülfəz Qarayev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələrinin fəaliyyətini martın 27-dən sonra davam etdirəcəkləri deyilir.

Rəsmi məlumata görə Azərbaycanda 9 nəfərdə koronavirus aşkarlanıb və ölkədə bu virusdan ölüm faktı hələ qeydə allnmayıb.

Ölkədə təhsil müəssisələri profilaktik və dezinfeksiya tədbirlərinə görə martın 3-dən 10-dək bağlanıb.

XS
SM
MD
LG