Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:20

D18 Hərəkatı 'koronavirus təhlükəsinə görə' ofisindən çıxarıldı


 Ruslan İzzətli, D18 Hərəkatının sədri 8 mart 2020
Ruslan İzzətli, D18 Hərəkatının sədri 8 mart 2020

D18 Hərəkatı yerləşdiyi ofisdən çıxarılıb. Məlumatı AzadliqRadiosuna Hərəkatın sədri Ruslan İzzətli verib. Onun sözlərinə görə, polis bunu öncə koronavirus təhlükəsi ilə izah edib.

R.İzzətli deyir ki, martın 8-də səhər saatlarından axşamadək ofisləri polis mühasirəsində olub və o xəbər tutub ofisə gələndə, biri mülki geyimli olmaqla 3 polis yaxınlaşaraq ofisdən çıxmalarını istəyiblər.

D18 Hərəkatı yerləşdiyi ofisdən çıxarılıb
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Ruslan İzzətli qarşıdurmaya getmək istəmədikləri üçün az əvvəl binadan çıxdıqlarını bildirir.

Hadisə yerində sosial media üzərindən canlı yayım verən jurnalist Təzəxan Mirələmlinin işinə də polis müdaxilə edib. Nəticədə canlı yayım yarımçıq dayandırılıb.

Jurnalist saxlanılıb

Təzəxan Mirələmli, arxiv foto
Təzəxan Mirələmli, arxiv foto

Ərazidə çəkiliş aparan "Azadlıq" qəzetinin jurnalisti Təzəxan Mirələmli də saxlanılıb. Onun hara aparıdığı bəlli deyil.

Qeyri-iş günü olduğundan AzadlqıRadiosu Daxili İşlıər Nazirliyindən deyilənlərə münasibət öyrənə bilməyib.

XS
SM
MD
LG