Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:17

Sayt əməkdaşının inzibati qaydada həbs olunduğu deyilir (VIDEO)


Natiq Isbatov
Natiq Isbatov

Aprelin 9-da "7 gun.az" xəbər saytının əməkdaşı Natiq İsbatov və Azel TV saytının əməkdaşı Sevinc Sadıqovanın Abşeron Rayon Məşğulluq Mərkəzinin qarşında çəkiliş edərkən saxlandıqları bildirilir.

Bu barədə "7 gun.az" xəbər saytının redaksiyasından məlumat verilib.

Məlumata görə onların ikisi də Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Bildirildiyinə görə, Sevinc Sadıqova iki saatdan sonra sərbəst buraxılsa da, Natiq İsbatov haqqında İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə karantin qaydalarını pozma) və 535-ci (polisə müqavimət) maddələri ilə protokol tərtib olunub.

“Aprelin 10-da Natiq İsbatov Abşeron Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 30 sutka müddətinə həbs olunub”, saytdan qeyd edilib.

"7 gun.az" saytından bildiriblər ki, əməkdaşlar heç bir qanunsuzluga yol verməyiblər və peşə fəaliyyətini yerinə yetirərkən saxlanıblar.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər ölkədə mediya təmsilçilərinə basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

İndi də "Koronavirus məhbusları" yaranır?
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.

Son bir neçə ayda dünyada bu virusdan 97 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 24-dən etibarən Azərbaycanda da xüsusi karantin rejimi elan edilib.Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları ( kütləvi informasiya vasitələri təmsilçiləri də istinna olunmaqla ) yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Bütün bunlardan irəli gələrək, ölkədə həm sahibkarların, günəmuz işləyənlərin bir hissəsinə hən də işsiz kimi qeydiyatda olan şəxslərə yardım edilməyə başlanıb.İşsizlərə 190 mant birdəfəlik yardım veriləcəyi açıqlanıb.Bundan sonra məşğulluq mərkəzlərinə müraciətlər artıb.

XS
SM
MD
LG