Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

Ermənistan fövqəladə vəziyyəti uzadır, Serbiya…


Yerevanda polis əməkdaşı avtomobili yoxlayır, 12 aprel, 2020-ci il
Yerevanda polis əməkdaşı avtomobili yoxlayır, 12 aprel, 2020-ci il

Ermənistan hökuməti koronavirus pandemiyasına görə elan olunmuş fövqəladə vəziyyəti mayın 14-dək uzadıb. Martın 16-da elan olunmuş fövqəladə vəziyyətin müddəti aprelin 14-də bitirdi.

Hökumət aprelin 13-də bildirib ki, virusun yayılmasını azaltmaq üçün adamların hərəkətinə və şirkətlərin fəaliyyətin qoyulmuş ciddi qadağalar qüvvədə qalır.

Fövqəladə rejim çərçivəsində Ermənistan hökuməti karantinə alınmış şəxsləri yerləşdirmək üçün otellərdən, digər özəl əmlakdan istifadə edə bilər.

Baş nazir Nikol Pashinian hökuməti koronavirusla bağlı xəbərlərə bütün məhdudiyyətləri qaldırıb.

“Monitorinqlər saxta xəbərlərin sürətlə yayıldığını aşkarlarsa, yenidən bu qadağalara dönə bilərik”, – Ədliyyə naziri Rustam Badasian xəbərdarlıq edib.

Aprelin 14-nə erkən saatlara olan məlumata görə, Ermənistanda mindən artıq şəxs koronavirusa yoluxub, 14 nəfər vəfat edib.

Pashinian deyir ki, hökumətin aprelin 12-də iqtisadiyyatın bəzi sektorlarını təkrar açmaqla bağlı qərarı virusun qayıtması riskini gücləndirə bilər. Amma o, həmin şirkətlərin, onların işçilərinin sosial məsafəni gözləməklə, digər qabaqlayıcı tədbirlərlə riski azalda biləcəyini söyləyib.

Qocalar evində 144 nəfər yoluxub

Serbiyada isə dövlətə məxsus qocalar evinin direktoru həbs olunub. Qocalar evində 144 nəfər koronavirusa yoluxub.

Daxili İşlər Nazirliyinin aprelin 13-də bildirməsinə görə, M.S. adlı həmin şəxs “ictimai səhiyyəyə qarşı ağır cinayətdə” və xəstəliklərin yayılmasında ittiham olunur.

Direktorun koronavirusun yayılmasını önləməkdən ötrü gərəkən addımlar atmadığı bildirilir.

Yoluxanların 140 nəfəri qocalar evinin sakinləri, dördü isə orada çalışanlar olub.

Rəsmi məlumata görə, direktor qocalar evinə ziyarətlərə, sakinlərin gəzintilərinə icazə verib, nəzarətində olan obyektdə kiminsə yoluxmasını gizlətməyə çalışıb.

Ümumilikdə, qocalar evində 256 nəfər qalır, 77 işçisi var. Aprelin 13-də obyekt karantinə alınıb, əsgərlər və polis əməkdaşları onun mühafizəsinə cəlb olunub.

Şübhəli təqsirli bilinərsə, 12 ilədək həbsə məhkum edilə bilər.

Serbiyada indiyədək 4 min 54 nəfər COVID-19-a yoluxub, onlardan 85 nəfəri vəfat edib.

Virusun özəlliklə yaşı 65-dən yuxarı olanlar üçün təhlükəli olduğu bildirilir.

XS
SM
MD
LG