Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 12:26

Musk-ın bir tviti Tesla şirkətinin dəyərindən 14 milyard dolları silib


Elon Musk
Elon Musk

Tesla şirkətinin banisi Elon Musk şirkət səhmlərinin çox baha olduğu barədə tvit yazandan az sonra səhm qiymətləri 9,38 faiz düşüb və Teslanın dəyərindən 14 milyard dollar silinib.

BBC bildirir ki, bu tvitə görə habelə cənab Musk-ın özü 3 milyard dollar itirib, beləki investorlar cəld bir şəkildə şirkəti tərk ediblər.

Başqa müəmmalı tvitlər

Bundan başqa Musk həmin axşam məzmunu müəmmalı bir neçə tvit də yazıb.

O yazıb ki, bütün varidatını satır və bundan sonra onun öz evi olmayacaq.

Başqa bir tvitində isə Musk sevgilisi, müğənni Grimes-ın ondan incidiyini yazmış, insanların azadlığının onlara qaytarılmasını tələb etmişdi.

Hələ aprelin 29-da Tesla dalbadal üç uğurlu rübün hesabatını vermişdi.

Musk-ın tvitləri bundan əvvəl də ABŞ Qiymətli Kağızlar Komissiyası ilə münaqişələrə və milyarderin məhkəmələrə çəkilməsinə səbəb olub.

Musk 2018-ci ilin avqustunda Teslanın səhmlərini birinə 420 dollardan almağa hazır olduğu barədə tvit yazmış və bunun ardınca şirkət səhmlərinin qiyməti sıçrayışla artmışdı.

Hakimiyyət orqanları bu qərara gəlmişdi ki, Elon Musk-ın səhm alqısı barədə yazdıqları əsassız olub və o beləliklə başqalarını çaşdırıb.

The Wall Street Journal qəzeti yazır ki, milyarder səhm qiyməti barədə tviti yazmaqla “zarafatmı edib” sualına “yox” cavabı verib.

Sosial media senzurası

Tesla elektrik avtomobilləri şirkətinin səhm qiymətləri bu il xeyli artıb və şirkətin dəyəri 100 milyard dollara çatıb.

2018-ci ildə Musk daha bir tvitdə, ola bilsin, Teslanı birjadan çıxaracağını yazmış və qiymətin kəskin dəyişməsinə səbəb olmuşdu.

ABŞ Qiymətli Kağızlar Komissiyası bu tvitə görə Musk-ı 20 milyon dollar cərimə etmiş və milyarderdən bundan sonrakı tvitlərini post etməzdən əvvəl vəkillərə yoxladacağı barədə iltizam almışdı.

Lakin ötən ay federal hakim bildirmişdi ki, Tesla və Musk “birjadan çıxarmaq” barədə tvitə görə səhmdarlar tərəfindən məhkəmə verilməlidir.

Bu həftənin əvvəllərində isə Musk Twitter-də ABŞ-ın koronavirus pandemiyasına görə karantin məhdudiyyətlərini tənqid etmişdi.

XS
SM
MD
LG