Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Putinin reytinqi düşüb


Vladimir Putin
Vladimir Putin

Levada-nın mayın 6-da açıqladığı başqa bir rəy sorğusuna görə, konstitusiyaya təklif olunan dəyişikliklərə dəstək artır. Bu dəyişikliklər Putinin daha iki müddətə prezident postunda qalmasına yol aça bilər.

Rusiyalıların 47 faizi dəyişiklikləri dəstəkləyir, martda bu rəqəm 40 faiz idi. Dəyişikliklərlə bağlı səsverməyə gedəcəyini söyləyənlərin isə 58 faizi onlara “hə” deyəcəyini bildirib.

Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, hökumət Levada-nın sorğusuna inanmır. O, dövlətin nəzarətində olan VTsIOM agentliyinin apreldə keçirdiyi sorğunu misal çəkib. Həmin sorğuya görə, Putinə dəstək 70 faizə yaxındır.

***

Apreldə Rusiya Prezidenti Vladimir Putinin reytinqi 59 faizə düşüb. Bir ay öncə bu göstərici 63 faiz idi.

Levada sorğu mərkəzi mayın 6-da açıqladığı məlumatda bu faizin son 22 ildə ən aşağı reytinq səviyyəsi olduğunu bildirir.

Amma Levada onu da qeyd edir ki, sorğu metodologiyasındakı dəyişiklik nəticəni Putinin zərərinə yüngülcə dəyişə bilər. Belə ki, koronovirusla bağlı qadağalar səbəbindən bu dəfə sorğu üzbəüz deyil, telefonla keçirilib.

Levada-nın direktor müavini Denis Volkov deyir ki, bu metodologiya Putin-in reytinqini 1-2 faiz azalda bilərdi. Amma onun sözlərinə görə, hətta bu halda belə nəticə 61 faiz, yəni, 2013-cü ildən bəri ən aşağı göstərici olardı. Bir il sonra Rusiya Ukraynanın Krım yarımadasını ilhaq elədi və onun reytinqi yüksəldi.

67 yaşlı Putin 20 ildən çoxdur prezident, yaxud baş nazir kimi Rusiya siyasi həyatına liderlik edir. Koronavirus pandemiyasının iqtisadi fəsadları onun hakimiyyətinə həm də siyasi problem yaradıb.

Levada bildirir ki, sorğu 24-27 aprel tarixlərində Rusiya boyunca 1608 nəfər arasında keçirilib.

XS
SM
MD
LG